AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“InSight” seysmoqrafının məlumatları Marsda bərk daxili nüvənin mövcudluğunu təsdiqləyib

05.09.2025 / Maraqlı məlumatlar

Çin və ABŞ-dan olan planetoloqlar “InSight” missiyasının Marsda fəaliyyəti zamanı topladığı seysmometr göstəricilərini araşdıraraq Günəş sisteminin dördüncü planetinin maye nüvəsinin daxilində həqiqətən də bərk metal nüvənin gizləndiyinə dair sübutlar aşkarlayıblar.

Alimlərin “Nature” jurnalında dərc olunan məqaləsinə görə, bu kəşf Marsın geoloji təkamülü haqqında mövcud təsəvvürləri əhəmiyyətli dərəcədə dəyişir.

“Tədqiqat zamanı “InSight” aparatının qeydə aldığı iki fərqli tip seysmik dalğaları təhlil edərkən biz Marsın bərk daxili nüvəyə malik olduğuna dair sübutlar tapdıq. Onun radiusu təxminən 613 km təşkil edir, dalğaların hərəkətində müşahidə olunan dəyişikliklər isə daxili nüvədə yüngül elementlərin böyük miqdarda olduğunu göstərir”, – deyə məqalədə bildirilir.

Çin Elm və Texnologiya Universitetinin professoru Sun Daoyuanın rəhbərliyi ilə amerikalı və çinli planetoloqlar bu nəticəyə gəliblər. Onlar 2018-ci ilin dekabrından 2022-ci ilin dekabrına qədər “InSight” seysmometri ilə toplanmış məlumatları təhlil ediblər. Bu müddət ərzində cihaz minlərlə “mars zəlzələsi” qeydə alıb, onların bir qismi planetin nüvəsindən keçmək və ya onun səthindən əks olunmaq üçün kifayət qədər güclü olub.

Alimlər iki tip seysmik dalğanı analiz ediblər: birincisi, planetin bütün nüvəsindən keçərək onun daxili sərhədindən əks olunur; ikincisi isə bütövlükdə Marsın qalınlığından keçərək geri qayıdır. Hesablamalar göstərib ki, birinci tip dalğalar “InSight” seysmometrinə 50–200 saniyə daha tez çatıb. Bu, Marsın nüvəsinin tamamilə maye olması halında mümkün olmazdı.

Bu fakt Marsda bərk daxili nüvənin olduğunu göstərir. Dalğalar onun vasitəsilə 30% daha sürətlə hərəkət edir. Avropalı geokimyaçılar əvvəllər də Marsda bərk nüvənin ola biləcəyi ehtimalını irəli sürmüşdülər. Onlar dəmir və kükürd birləşməsini aşkar etmişdilər ki, bu da Marsın bərk nüvəsinin əsasını təşkil edə bilər. “InSight” seysmoqrafının məlumatlarının təhlili göstərir ki, Marsın nüvəsinin kütləsinin təqribən 12–16%-i kükürdün payına düşür.

Bu nəzəriyyə Marsda bərk nüvənin mövcudluğunu izah edir. Lakin eyni zamanda planetdə sabit maqnit sahəsinin olmaması nəzəriyyəsi ilə ziddiyyət təşkil edir. Yer kürəsində belə maqnit sahəsinin mövcudluğu məhz daxili bərk nüvə ilə əlaqədardır. Bu fikir həmçinin “InSight” zondunun başqa bir kəşfi ilə – nüvəni əhatə edən və istiliyin çıxmasına mane olan özünəməxsus “silikat təbəqəsi” ilə də çətin uyğunlaşdırılır.

Alimlərin ümidinə görə, nəzəri hesablamalar və Marsa göndəriləcək yeni missiyalar bu ziddiyyətləri aradan qaldırmağa kömək edəcək.

Qeyd edək ki, planetoloqların hazırkı qiymətləndirmələrinə görə, Marsın diametri təxminən 1,65 min km olan maye metal nüvəsi var. “InSight” zondunun son ölçmələri göstərib ki, Marsın nüvəsi Yer nüvəsindən yalnız ölçülərinə görə deyil, həm də quruluş baxımından xeyli fərqlənir. Xüsusilə, Mars nüvəsi maye hissədən mantiyaya istilik ötürülməsinə mane olan sıx silikat qatı ilə əhatə olunub. Bu, Yerin nüvəsi üçün xarakterik deyil.

AzərTac

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi