AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İnsanın ürək döyüntülərinin tezliyini Wi-Fi siqnalı vasitəsilə ölçən sistem hazırlanıb

09.09.2025 / Maraqlı məlumatlar

Santa Klara Kaliforniya Universitetinin gənc tədqiqatçılar qrupu informatika və hesablama texnikası professoru Katia Obraczka-nın rəhbərliyi altında Pulse-Fi adlı sistem hazırlayıb. Bu sistem Wi-Fi siqnalının analizi vasitəsilə insanın ürək döyüntülərinin tezliyini təmassız ölçməyə imkan verir. Sistemin işləməsi üçün onlar ESP32 naqilsiz mikrokontrollerindən əldə edilən məlumatların machine learning alqoritmi ilə emalını təklif ediblər. Bu alqoritm Wi-Fi siqnalının təhriflərini 5 saniyə ərzində təhlil etdikdən sonra insanın ürək döyüntülərinin tezliyi ilə bağlı təxminlər verməyə başlayıb və nəticələrdə dəqiqlik təxminən yarım döyüntü/dəqiqə səviyyəsində olub. Daha uzunmüddətli müşahidələr və daha güclü Wi-Fi avadanlıqlarından istifadə zamanı isə xətanın daha da azaldılması mümkün olub.
Pulse-Fi sistemi cihazdan təxminən 3 metrməsafədə öz funksiyasını yerinə yetirir, yəni insan bədəni ilə birbaşa təmas tələb olunmur. Sistem 118 könüllü və 17 fərqli bədən vəziyyətində sınaqdan keçirilib. Layihənin müəllifləri müəyyən ediblər ki, bu sistemin tətbiqi üçün xüsusi şərtlərə ehtiyac yoxdur: uzanmaq, oturmaq və ya gəzmək mümkündür və nəticələrin dəqiqliyi azalmaqdan qorunur. Layihənin ən mühüm üstünlüklərindən biri istifadə olunan avadanlığın aşağı qiymətidir - alimlər xərcləri 5-10$ aralığında saxlaya biliblər. Raspberry Pi sinfinə aid platformalar isə daha yüksək dəqiqlik nümayiş etdirir və 30$-lıq qiymətə kütləvi tətbiq üçün kifayət qədər əlçatan hesab olunur.
Nəticədə əldə edilən məlumatların dəqiqliyi əksər həkimlərin istifadə etdikləri pulsoksimetrlərin dəqiqliyi ilə müqayisə oluna bilər. Pulsoksimetrlər ürək döyüntülərinin tezliyini və qanın oksigenlə doyma səviyyəsini ölçür, lakin birbaşa təmas tələb edir və adətən barmağa taxılır. Hazırda Pulse-Fi layihəsinin müəllifləri nəfəs tezliyini ölçmək üçün sistem qurmağa çalışırlar. Bu, adətən portativ monitorlardan istifadəni tələb edən yuxu apnoesini müəyyənləşdirməyə kömək edəcək. Əgər tədqiqatçılar bu məsələni də naqilsiz siqnalın analizi əsasında həll edə bilsələr, bu sindromun aşkarlanması və diaqnostikası daha rahat və sadə olacaq.
technote.az
Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi