AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

YTP və “Study in Azerbaijan” ilə görüş keçirilib

05.09.2025 / Mühüm xəbərlər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində “ETN Yüksək Texnologiyalar Parkı” MMC (YTP) və “Study in Azerbaijan” MMC ilə birgə görüş baş tutub. Görüşdə YTP-nin baş direktoru Nihat Məcidov və “Study in Azerbaijan” MMC-nin nümayəndəsi Zemfira Məmmədova iştirak ediblər.

Agentliyin direktoru Ülkər Səttarova ölkə başçısının “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncamına əsasən SABAH proqramının mərhələlərlə genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, həmçinin YTP ilə bu çərçivədə həyata keçiriləcək “SABAH.city” innovasiya şəhərciyi layihəsinin biznes mühiti ilə elm və ali təhsil arasında əlaqələrin güclənməsinə töhfə verəcəyini qeyd edib.

Eyni zamanda, ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılmasında əcnəbi tələbələrin rolunu vurğulayan Ülkər Səttarova universitetlərin bu istiqamətdə daha sıx əməkdaşlıq etməsinin vacibliyini diqqətə çatdırıb.

Müzakirələr zamanı cari ilin 14 fevralında YTP ilə Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında imzalanmış strateji əməkdaşlığa dair Anlaşma Sazişindən irəli gələn məsələlər nəzərdən keçirilib.

Bundan əlavə, “Study in Azerbaijan” tərəfindən əcnəbi vətəndaşların ölkəmizdə ali təhsilə cəlb olunması, mövcud marketinq imkanlarının genişləndirilməsi və beynəlxalq tələbə cəlbi ilə bağlı görülən işlər, eləcə də hazırkı fəaliyyət istiqamətləri barədə məlumat təqdim olunub və fikir mübadiləsi aparılıb.

eatda.edu.az

 

 
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi