AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ICPC dünya finalının bağlanış və mükafatlandırılma mərasimi keçirilib

05.09.2025 / Mühüm xəbərlər

Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı yekunlaşıb. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, “PAŞA Holding”in dəstəyi ilə baş tutub.

4 sentyabr tarixində keçirilən bağlanış mərasimində ICPC-nin icraçı direktoru Bil Pouçer çıxış edərək finalın Bakıda təşkil olunmasından böyük məmnunluq duyduğunu bildirib. Ardınca 49-cu ICPC Dünya Finalının direktoru Fuad Hacıyev çıxış edərək yarışın yüksək səviyyədə keçirildiyini, dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc istedadların proqramlaşdırma bacarıqlarını nümayiş etdirdiyini vurğulayıb. Daha sonra ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov tədbirdə çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbir İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanovun çıxışı ilə davam edib:

“Nəticədən asılı olmayaraq, bu gün burada iştirak edən hər bir gənc öz ölkəsinin rəqəmsal gələcəyidir. ICPC yalnız bir yarış deyil, həm də yeni biliklər qazandıran, əməkdaşlığı gücləndirən və gələcək uğurlar üçün möhkəm zəmin yaradan qlobal bir platformadır. Ölkəmizin də belə bir platformaya ev sahibliyi etməsi hər birimiz üçün qürurdur”.

Bakıda keçirilən ICPC 2025-in Dünya Çempionu Sankt-Peterburq Dövlət Universiteti olub. Yarışın qalibləri aşağıdakı kimi müəyyənləşib:

Qızıl medalçılar: 
Tokio Universiteti
Pekin Jiatong Universiteti
Sinxua Universiteti

Gümüş medalçılar: 
Pekin Universiteti
Harvard Universiteti
Zaqreb Universiteti
Massaçusets Texnologiya İnstitutu

Bürünc medalçılar: 
Çin Elm və Texnologiya Universiteti
Seul Universiteti
Novi Sad Universiteti
Saratov Dövlət Universiteti

Azərbaycan tarixində ilk dəfə olaraq, ICPC Dünya Finalında ölkəmiz iki universitetin komandası ilə təmsil olunub. ADA Universiteti və Bakı Ali Neft Məktəbinin komandaları final mərhələsində mübarizə apararaq müvafiq olaraq 101-ci və 127-ci yerləri qazanıblar. Komandalarımız ilk dəfə olaraq final mərhələsində 5 məsələni həll edərək “Honorable Mention” əldə ediblər.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edir. Ümumilikdə, ICPC-nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən, 3500-ə yaxın universiteti təmsil edən 50,000-dən çox tələbə-proqramçı mübarizə aparır. Dünya finalında isə 70 ölkədən 140 ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə olmaqla) iştirak edir.

Ölkəmiz 2004-cü ildən etibarən ICPC-nin regional turlarında iştirak edir və həmin vaxtdan proqramlaşdırma sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və beynəlxalq platformalarda tanınması istiqamətində mühüm addımlar atıb.

Qeyd edək ki, 2024-cü ildən başlayaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ADA Universiteti və ICPC Azərbaycan icması ilə birgə əməkdaşlıq çərçivəsində ICPC  proqramlaşdırma müsabiqəsinə hazırlıq proqramına dəstək verir. Əməkdaşlıq çərçivəsində şagird və tələbələr arasında proqramlaşdırma ICPC əsaslı olimpiada, 49-cu "ICPC" proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə 1/8, ¼ və yarımfinal mərhələləri, "ICPC" əsaslı beynəlxalq proqramlaşdırma təlim düşərgəsi keçirilib, həmçinin cari ildə “ICPC Foundation” İdarə Heyətinin üzvlərinin Bakıya səfəri, Qazaxıstanda təşkil edilən Beynəxalq ICPC düşərgəsində finalçıların iştirakı təşkil edilib.

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi