AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yeni Nobel mükafatçılarının adları bu tarixlərdə açıqlanacaq

09.09.2025 / Maraqlı məlumatlar

Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən hər il elmin ayrı -ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur.

2025-ci ilin Nobel laureatları oktyabrın 6-13-də keçiriləcək “Nobel həftəsi”ndə elan olunacaq. Bu barədə komitənin rəsmi saytı məlumat yayıb.  İlk olaraq oktyabrın 6-da Stokholmda İsveçin Karolinsk İnstitutunun Nobel Assambleyası tərəfindən fiziologiya və tibb sahəsində Nobel laureatının adı elan olunacaq.

İsveç Kral Elmlər Akademiyası tərəfindən oktyabrın 7-də fizika, oktyabrın 8-də isə kimya üzrə laureatların adları açıqlanacaq. Oktyabrın 9-da ədəbiyyat üzrə laureatın adı məlum olacaq.

Norveç Nobel Komitəsi tərəfindən isə oktyabrın 10-də Osloda 2025-cü ilin Sülh mükafatı laureatının adı açıqlanacaq. 

Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 13-də elan olunacaq.

Mükafatla bağlı bütün elanlar Nobel mükafatının rəsmi rəqəmsal kanallarında canlı yayımlanacaq. Mükafatlar haqqında ətraflı məlumat nobelprize.org saytında dərc olunacaq.

Xatırladaq ki, mükafatların elan olunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Stokholmda keçiriləcək.

Qeyd edək ki, ötən il Nobel mükafatı üçün müəyyən edilmiş məbləğ — 11 milyon İsveç kronu (SEK) təşkil edib. Bu məbləğin artırılıb-azaldılmasına Nobel Fondu qərar verəcək. 

2025-ci ildə Nobel mükafatına 244 alim və 94 təşkilat namizəd göstərilib. Onların adları, ümumiyyətlə, gizli saxlanılır. Komitənin təcrübəsinə uyğun olaraq yalnız 50 ildən sonra Nobel mükafatına namizədlərin tam siyahısı ilə tanış olmaq mümkündür.

muallim.edu.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi