AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Texnologiya və Həyəcanın Mərkəzi: TEKNOFEST İstanbul!

06.09.2025 / Maraqlı məlumatlar

Dünyanın ən böyük Aviasiya, Kosmos və Texnologiya festivalı TEKNOFEST bu il 13-cü dəfə İstanbulda texnologiya həvəskarlarını qarşılayacaq! 17–21 sentyabr tarixlərində keçiriləcək "TEKNOFEST İstanbul" üçün ziyarətçi qeydiyyatı artıq başlayıb. Gələcəyin texnologiyalarına şahid olmaq, milli layihələri yaxından görmək və həyəcanverici tədbirlərdə iştirak etmək istəyən hər kəs bu unikal atmosferdə öz yerini tuta bilər. Festivalda iştirak tamamilə ödənişsizdir, sadəcə onlayn qeydiyyatdan keçmək kifayətdir!

Elm və texnologiyanı rəhbər tutaraq gələcəyi dizayn edən gəncləri bir araya gətirən TEKNOFEST, 2025-ci ildə də dünyaya ilham verməyə davam edir. İlk dayanacağı qardaş vətən KKTC olan festival, daha sonra TEKNOFEST Mavi Vətən ilə köklü dənizçilik irsini yerli və milli texnologiyalarla birləşdirərək yüz minlərlə ziyarətçini qarşıladı. Bu böyük yolçuluğun son dayanacağı isə 17–21 sentyabr tarixlərində Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST İstanbul olacaq. Sərhədləri aşan texnologiya yarışmalarından nəfəs kəsən hava şoularına, yenilikçi layihələrdən ilhamverici görüşlərə qədər saysız-hesabsız tədbirlərlə TEKNOFEST İstanbul yeni rekordlara və unudulmaz anlara ev sahibliyi edəcək.

Hər il yenilənən yarışma kateqoriyaları ilə fərqlənən TEKNOFEST İstanbul çərçivəsində 58 əsas və 137 alt kateqoriyada keçiriləcək müsabiqələrdə ilkin mərhələni keçən komandalar  85 milyon TL-dən çox maddi dəstək qazanacaq; qaliblərə isə ümumilikdə 65 milyon TL-dən çox mükafat təqdim olunacaq.

Bununla yanaşı, 17–21 sentyabr tarixlərində Atatürk Hava Limanında baş tutacaq TEKNOFEST İstanbul , texnologiya yarışmaları ilə yanaşı müxtəlif maraqlı tədbirlərlə də ziyarətçiləri qarşılayacaq. Festival çərçivəsində nəfəs kəsən hava şouları, konsertlər, sərgilər və ustad dərsləri, simulyasiyalı təcrübə zonaları, planetarium, sərgi və yarmarka tədbirləri, şagirdlər üçün xüsusi uçuş proqramları və daha bir çox texnologiya və həyəcan dolu fəaliyyətlər təqdim olunacaq.

crossmedia.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi