AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib

23.01.2020 / Xəbərlər

Yanvarın 23-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində elan olunan müsabiqəyə dair məlumatlandırma seminarı keçirilib.
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr şöbələrinin məsul şəxsləri, akademiyanın gənc alimləri, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Seminarda AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva çıxış edərək, TÜBİTAK tərəfindən artıq üçüncü müsabiqənin elan olunduğunu, bu dəfə akademiya ilə yanaşı, həmçinin respublikanın digər elmi-tədqiqat mərkəzləri və təhsil müəssisələrindən də layihələrin qəbul ediləcəyini, müsabiqənin 6 mart 2020-ci il tarixinə qədər qüvvədə olduğunu, layihə təkliflərinin Türkiyə və Azərbaycandan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmasını, layihənin prioritet sahəni və hər iki ölkə üçün aktual olan mövzunu əhatə etməyini, mövzunun adının seçilməsinə, eləcə də ərizə forması doldurulan zaman texniki şərtlərə (sənədlər, imzalar və s.) xüsusi diqqət yetirilməyini, qəbul olunan layihələrin texniki baxışdan keçdikdən sonra 4 kateqoriya üzrə qiymətləndirilmə üçün beynəlxalq ekspertlərə göndəriləcəyini və ən yüksək orta bal toplayan 3 layihəyə dəstək veriləcəyini qeyd edib.

Sonra Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı (“Horizon 2020”) üzrə Milli əlaqələndirici şəxsləri: Hüquq və maliyyə aspektləri (MƏŞ), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə eksperti, Tofig Babayev, İqlim fəaliyyəti, resurs səmərəliyi və xammal(MƏŞ), AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı Rövşən Kərimov azərbaycanlı alim və mütəxəssislərin proqramda iştirakının gücləndirilməsi məqsədilə fikirlərini bölüşüblər.
Sonda ərizə formasının doldurulması qaydası əyani nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

mənbə: science.gov.az/news/open/12014

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi