AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə toplantısı keçirilib

05.09.2025 / Maraqlı məlumatlar

Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyəti arasında təcrübə mübadiləsi, sahə üzrə problemlərin və yeni imkanların müzakirəsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət qurumları İT rəhbərlərinin VI Zirvə toplantısı” təşkil olunub.

Tədbirdə 70-dən çox dövlət qurumunu təmsil edən nümayəndə iştirak edib.

Zirvə toplantısını açılışında çıxışı zamanı XRİTDX-in rəis müavini, general-mayor Allahverən İsmayılov vurğulayıb ki, informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, milli təhlükəsizlik, iqtisadi sabitlik və cəmiyyətin etimad məsələsidir. Rəqəmsallaşmanın dərinləşməsi ilə bağlı risklərin artdığını qeyd edən A.İsmayılov bildirib ki, qlobal statistikalara əsasən, 2024-cü ilin ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40 faizdən çoxu kritik infrastruktura qarşı həyata keçirilib. O, həmçinin ölkəmizdə həyata keçirilmiş ilk “Bug Bounty” proqramının əhəmiyyətini qeyd edərək, dövlət qurumlarının özəl sektorla əməkdaşlığın vacibliyini vurğulayıb. Eləcə də, xidmət rəisinin müavini 9-10 oktyabr tarixlərində Bakı Konqress Mərkəzində keçiriləcək “CIDC-2025 - Ağıllı şəhərlərdə kibermüharibə” tədbirinə dəvət edib və beynəlxalq əməkdaşlığa göstərilən dəstəyə görə Avropa Birliyinə və Estoniyanın Elektron İdarəçilik Akademiyası Fonduna təşəkkürünü bildirib.

Daha sonra, Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Neeme və “Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi” layihəsinin Azərbaycan üzrə koordinatoru Klaid Magi beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini qonaqların diqqətinə çatdırıblar.

XRİTDX-in baş idarə rəisinin müavini Tural Məmmədov “Dövlət qurumlarında informasiya təhlükəsizliyinin vəziyyəti ilə bağlı statistik göstəricilər, “ağıllı şəhərlər”də kibermüharibə, yeniliklər və planlar” mövzularında çıxış edib. Eləcə də, T.Məmmədov və yerli kibertəhlükəsizlik startapı “Qarabug”ın təsisçisi Miraqşın Abutalıbov ilk dəfə dövlət informasiya ehtiyatlarında həyata keçirilmiş “Bug Bounty” proqramının nəticələri açıqlayıblar.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirinin müşaviri Rüstəm Həsənov “Dövlət qurumları üçün açıq qaynaq kodlu həllərin perspektivləri” mövzusunda çıxış edib.

Sonda sahə üzrə dövlət qulluqçularının əməyinin stimullaşdırılması, kiberinsident nümunələri, yeni tendensiyalar, təhlükələr və dövlət qurumlarının üzləşdiyi problemlər müzakirə olunub. Açıq debat iştirakçılara bir-birindən təcrübə öyrənmək və birgə həll yolları təklif etmək imkanı yaradıb.

“Dövlət qurumları İT rəhbərlərinin Zirvə toplantısı” informasiya təhlükəsizliyi sahəsində dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, yeniliklərin müzakirəsi və gələcək fəaliyyət planlarının müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır.

crossmedia.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi