
ED 1.20 dissertasiya şurasının elmi seminarının iclası keçirilib
10.09.2025 / Mühüm xəbərlər
9 sentyabr 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 dissertasiya şurasının 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə elmi seminarının iclasında iddiaçı Nərmin İbrahim qızı Həsənlinin texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi «Qeyri-müəyyənlik şəraitində çoxmeyarlı qərar qəbuletmə məsələsinin optimal həll üsulunun işlənməsi» mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


