
ED 1.20 dissertasiya şurasının elmi seminarının iclası keçirilib
09.09.2025 / Mühüm xəbərlər
9 sentyabr 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən D1.20 dissertasiya şurasının 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə elmi seminarının iclasında iddiaçı Ülviyyə Zakir qızı Rəsulovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi «Mexaniki sistemlərin idarə olunması alqoritmlərinin realizə edilməsinə sistemli yanaşma» mövzusunda təqdim edilən dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


