
ED 1.20 dissertasiya şurasının elmi seminarının iclası keçirilib
11.09.2025 / Mühüm xəbərlər
9 sentyabr 2025-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdində fəaliyyət göstərən ED 1.20 dissertasiya şurasının 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə elmi seminarının iclasında iddiaçı Tamilla Adil qızı Bayramovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə yerinə yetirdiyi «Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və alqoritmlərin işlənməsi» mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilib.


