AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Elektron Akademiya” şöbəsi Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb

11.09.2025 / Mühüm xəbərlər

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələ Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması haqqında olub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirilir və təkcə cari il ərzində dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl şəkildə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalanıb. Həmçinin ölkəmizdə bu günlərdə Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb.

Dövlətimizin atdığı sözügedən addımlara müvafiq olaraq AMEA-da da bu sahədə fəaliyyətin icra olunduğunu deyən akademik İsa Həbibbəyli 2023-cü ilin yanvar ayında yaradılmış “Elektron Akademiya” şöbəsinin ötən 2 il ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza ataraq özünü doğrultduğunu bildirib. Qeyd edib ki, yaranmış yeni texnoloji reallıq şəraitində “Elektron Akademiya” şöbəsinin adının dəyişdirilməsi və müvafiq olaraq, fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurəti meydana çıxıb.

Qeyd olunan məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması təklifinin ölkəmizdə dövlət başçısının rəhbərliyi altında bu sahədə aparılan işləri tam əhatə etdiyini söyləyib.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilərək Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb.

 

science.gov.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi