AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elon Musk Starlink-in bütün mobil operatorları əvəz etməsini istəyir

12.09.2025 / Maraqlı məlumatlar

Dünən SpaceX rabitə operatoru EchoStar-dan 50 MHz diapazonunda naqilsiz rabitə tezliklərini 17 milyard dollara aldı və kosmik operatorun rəhbəri Elon Musk bu resursun necə istifadə olunacağı barədə ənənəvi şəkildə cəsarətli bəyanatlar verdi. Biznesmenin fikrincə, Starlink həm evdə, həm də Wi-Fi-dan uzaqda qoşulma üçün universal həll ola bilər. Musk hesab edir ki, Starlink sonda ev internetini mobil rabitə ilə birləşdirəcək. Yaxın gələcəkdə onun operatoru bazardan AT&T, T-Mobile və Verizon kimi nəhəngləri sıxışdırmaq niyyətində deyil - çünki ABŞ-da onların sərəncamında telefon zəngləri, mesajlaşma və video axını üçün daha geniş tezlik spektri mövcuddur.
Musk-a Verizon-un sahibi olmaq təklif ediləndə isə o, gülümsəyib: “Bu, istisna deyil. Düşünürəm ki, bu, baş verə bilər”- deyə Musk qeyd edib. SpaceX rəhbəri yeni alınmış tezlik diapazonundan Starlink peykləri üçün istifadə planlarından danışıb. O bu peykləri “kosmosdakı mobil rabitə qüllələri” adlandıraraq onların yerüstü telefonlara birbaşa qoşulmasını təmin edəcəyini bildirib. Hazırda orbitdə fəaliyyət göstərən 8140 ədəd SpaceX aparatından 657-si mobil qurğulara birbaşa qoşulmanı dəstəkləyir, qalanları isə ənənəvi Starlink rabitə xidmətlərində istifadə olunur. “Bu, uzunmüddətli layihədir. O, SpaceX-ə peyklərlə smartfonlar arasında yüksək sürətli birbaşa qoşulmanı təmin etməyə kömək edəcək. Amma bunun üçün smartfonların avadanlığında bəzi dəyişikliklər edilməlidir” - deyə Musk EchoStar-dan tezlik resursunun alınmasını şərh edib.
     
Həqiqətən də, bu diapazonda işləmək üçün mobil cihazlarda həmin tezlikləri dəstəkləyən çiplər tələb olunur və Musk-ın sözlərinə görə, bunun üçün təxminən 2 il vaxt lazım olacaq. İyul ayında SpaceX və yerüstü operator T-Mobile T-Satellite xidmətini istifadəyə veriblər. Bu xidmət Starlink peyklərinə, yerüstü şəbəkənin işləmədiyi ərazilərdə qoşulma imkanı yaradır. T-Satellite abunəçiləri artıq SMS göndərə bilirlər, oktyabrdan etibarən isə AccuWeathervə AllTrails xidmətləri, WhatsApp messenceri və Xsosial şəbəkəsi dəstəklənəcək.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi