AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfransın plenar iclası tematik məruzələrlə davam edib

12.09.2025 / Mühüm xəbərlər

“Hərbi Münaqişələrin Ətraf Mühitə Təsiri” mövzusunda beynəlxalq konfransın plenar iclası tematik məruzələrlə davam edib.

Sessiyalarda müharibədən qalmış minaların, qanunsuz mədən fəaliyyətinin və ekoloji şüurun gələcək inkişafının müxtəlif aspektləri elmi müstəvidə araşdırılıb.

Rusiya Prezident Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Nizami Məmmədov “Hərbi və ekoloji fəaliyyətin birgə mövcudluğu müasirliyin paradoksal atributudur” mövzusunda çıxış edərək, müasir dövrdə hərbi strategiyaların ekoloji mülahizələrlə necə çarpazlaşdığını fəlsəfi və metodoloji aspektlərdən təhlil edib. Məruzədə ekoloji sivilizasiya anlayışının formalaşması, müharibə və ekoloji məsuliyyətin birgə dəyərləndirilməsi kimi aktual məsələlərə toxunulub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Elnur Qasımov “Müharibədən qalmış minaların və partlayıcı qalıqların Azərbaycan Respublikasının ətraf mühitinə mənfi təsiri” mövzusunda çıxış edərək, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı qalıqların torpaq, su və canlı aləmə yaratdığı təhlükələri faktlarla əsaslandırıb.

Ardınca Famil Hümbətov (Radiasiya Problemləri İnstitutu) “Şərqi Zəngəzur rayonunda işğal dövründə qanunsuz mədən fəaliyyətinin ətraf mühitə təsiri” mövzusunda təqdimatla çıxış edib. Məruzədə işğal zamanı aparılan nəzarətsiz mədən istismarı nəticəsində yaranmış ekoloji pozuntular, torpaq strukturu və su ehtiyatlarına vurulan zərərlər elmi təhlillərlə təqdim olunub.

Qeyd edək ki, plenar iclasda sual-cavab sessiyası təşkil olunub. İştirakçılar təqdim olunan məruzələr ətrafında fikir mübadiləsi apararaq, elmi və praktiki yanaşmaların inteqrasiyası ilə bağlı təkliflər səsləndiriblər.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi