AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elm və təhsil naziri media üçün brifinq keçirib

12.09.2025 / Mühüm xəbərlər

Sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib.

Brifinqdə təqdimatla çıxış edən Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:

2025-2026-cı tədris ilində ümumilikdə 2.2 mln təhsilalanın təhsil alacağı proqnozlaşdırılır.
2025-2026-cı tədris ilində 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq.
Məktəbəqədər təhsildə əhatəlilik ölkə təhsilinin uzunmüddətli dövrdə daha yaxşı olmasına təsir edən ən vacib məsələdir.
Yeni tədris ilində tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması olacaq və 2026-cı ildə bunun tətbiqi planlaşdırılır.
Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfəyə qədər artıb. Məqsəd ölkədə gimnaziyaların sayını 100-ə çatdırmaqdır.
Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.
Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb.
Məktəblərdə müəllimlərin keyfiyyəti sertifikatlaşdırma nəticəsində yüksəlib.
Son illərdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib.
Tam orta təhsil səviyyəsi üzrə 14 məktəbdə yeni təmayül tədris modeli pilot tətbiq olunacaq.
Ötən il 147 müəssisədə rasionallaşdırma tədbirləri həyata keçirilib. Yeni tədris ilində daha 113 müəssisə ilə bağlı qərar veriləcək.
Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda yeni yanaşmalara əsasən, namizədlərin sertifikatlaşdırma balı əsas meyarlardan biri kimi qəbul edilmişdir. Şagird sayı 500-dək olan müəssisələrə seçim zamanı ərazi prinsipinə baxılacaq.
Bu ildən Bakı məktəblərində jurnallar ləğv olunur və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır.
2025–2026-cı tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub.
Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb. Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb.
Yeni tədris ilindən ilk dəfə olaraq tələbələr SABAH qruplarına 1-ci kursdan qəbul ola biləcəklər.
2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin 75%-i dövlət sifarişi əsasında təhsil alacaq.
Ölkəmiz “QS 2026” qlobal reytinqində Cənubi Qafqaz regionu üzrə liderdir.
Təqdimatdan sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

edu.gov.az

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi