AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İnsanabənzər robotlar ilə bağlı optimizm azalır

15.09.2025 / Maraqlı məlumatlar

İnsanabənzər robotlar bazarının böyük oyunçularının çoxu satış həcmləri barədə cəsarətli proqnozlar versə də, reallıq ondan ibarətdir ki, bu cür “insan əvəzediciləri” indiki formada hələ ki, geniş praktik tətbiq tapmağa qadir deyillər. Məşhurluğa gedən yolda onların qarşısında hələ çox maneələr dayanır. IEEE Spectrum-un izah etdiyinə görə isə yaxın gələcəkdə lazım olan sayda insanabənzər robotların istehsalı üçün komponent çatışmazlığından narahat olmağa ehtiyac yoxdur. 2023-cü ildə dünyada təxminən 500 000 sənaye robotu quraşdırılıb. Əgər bir insanabənzər robotun tələb etdiyi komponentlərin həcminin 4 sənaye manipulyatoruna bərabər olduğunu fərz etsək, mövcud təchizat zənciri imkanları hətta ən optimist bazar artımı proqnozlarını da artıq-əskiklə qarşılayır. Məsələn, Bank of America-nın qiymətləndirməsinə görə, cari ilin yekununda bu bazar cəmi 18 000 robotla məhdudlaşacaq.
Deməli, gələn il onun bir neçə dəfə artması çətin görünür, baxmayaraq ki, Tesla növbəti il təxminən 50 000 Optimus robotu buraxmağı planlaşdırır. AgilityRobotics-in sabiq məhsul direktoru Melonee Wise-in fikrincə, daha böyük problem bu cür məhsullara kifayət qədər tələbatın olmamasıdır. Hələlik potensial alıcılardan heç kimin minlərlə insanabənzər robotu bir müəssisədə necə tətbiq etmək barədə real ideyası yoxdur. Robot tədarükçüləri üçün xırda sifarişlərin çoxluğunu qarşılamaqdan daha çox böyük müştərilərin fərdi sifarişlərini yerinə yetirmək daha sərfəlidir. İnsanabənzər robotlara kütləvi tələbat yaratmaq ssenarilərindən biri hər bir qrupun məhdud sayda əməliyyata - məsələn, 10-dan çox olmayaraq - ixtisaslaşmasını nəzərdə tutur. Böyük ehtimalla, yaxın illərdə istehsalatda insanabənzər robotların yayılması məhz bu prinsip əsasında həyata keçiriləcək.
Bununla belə, süni intellekt sistemləri sahəsindəki tərəqqinin insanabənzər robotların satış həcmini proporsional şəkildə artıra biləcəyinə dair əminlik yoxdur. Süni intellekt sistemlərinin hazırkı inkişaf səviyyəsi hələ də bu uğurun tez bir zamanda insanabənzər robotlar bazarına daşınmasına imkan vermir. Elektrik avtomobillərində olduğu kimi, müasir robotlarda da enerji avtonomluğu ilə bağlı problemlər mövcuddur. Məsələn, Agility şirkətinin Digit modeli 16kq-a qədər yükləri daşıya bilir və kifayət qədər ağır batareya bloku ilə təchiz olunub. Bu batareya robota 90 dəqiqə fasiləsiz işləməyə, sonra isə 9 dəqiqəlik şarj olunmağa imkan verir. Lakin praktiki şəraitdə belə bir robotun növbəti şarjadək işləmə müddətinin 30 dəqiqədən çox olmayacağı ehtimal olunur. Robotun iş qrafiki planlaşdırılarkən 60 dəqiqəlik “ehtiyat vaxt” nəzərə alınmalıdır ki, bu da ya təcili şarj, ya da hər hansı texniki problemin aradan qaldırılması üçün lazım olacaq.
Belə bir ehtiyat nəzərə alınmazsa, robotun əməliyyat icrası zamanı batareyası boşalacaq və onu artıq fərdi şəkildə şarj etmək lazım gələcək. Təsəvvür edin ki, müəssisədə hər biri 100 kq-dan çox çəkisi olan 100-ə yaxın belə robot işləyir - belə problemlərlə üzləşmək heç bir əməkdaşın xoşuna gəlməyəcək. Robot istehsalçıları üçün müştərilərin çoxu hətta qısa fasilələri belə ciddi maliyyə itkiləri kimi qiymətləndirə bilər, buna görə də insanabənzər robotların etibarlılığına xüsusi tələblər qoyulur. Çünki belə robotların istehsalatda istifadəsi çoxsaylı müxtəlif əməliyyatlar və iş şəraitini nəzərdə tutur, bu isə ümumilikdə kompleksin tələb olunan etibarlılığını təmin etməyi olduqca çətinləşdirir. Ayrı bir problem isə sənaye təhlükəsizliyi sahəsində standartların hazırlanmasıdır. Bu standartlar istehsalat obyektlərində insanabənzər robotların istifadə şərtlərini təsvir etməlidir.
İkiayaqlı robotlar hərəkət edərkən kifayət qədər dayanıqlı olmalı, ətrafdakılar üçün təhlükə yaratmamalıdır, digər təhlükəsizlik tədbirlərini demirik belə. Enerjinin qəfil kəsilməsi robotun yıxılmasına, bunun nəticəsində yalnız öz komponentlərinə deyil, ətraf avadanlıqlara da zərər vurmasına səbəb ola bilər. İdeal halda, istehsalatda robotlar insanlarla heç qarşılaşmamalıdır, lakin onların birgə fəaliyyəti təhlükəsizlik tələblərini xeyli artırır. Ümumilikdə, texniki baxımdan ikiayaqlı robot əsas istehsalat proseslərinin avtomatlaşdırılması üçün optimal konstruksiya deyil. İstehsal sahələrində hərəkət etmək üçün təkərlərlə təchiz olunmuş dayanıqlı platformalar daha əlverişlidir. Bu baxımdan sənaye nümayəndələrinin insanabənzər robotların istehsalatda tətbiqi ilə bağlı istəkləri onların yaradıcılarından xeyli azdır.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi