AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi qismində iştirak etmək istəyən şəxslərin nəzərinə!

15.09.2025 / Mühüm xəbərlər

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat mərhələsi 15 sentyabr 2025-ci il tarixində başlayır və 6 oktyabr 2025-ci il tarixində başa çatır.

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda işləyən (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan şəxslərdən iş yeri tələb olunmur), yaşı  22-45 arasında olan və fiziki cəhətdən sağlam olan şəxslər müraciət edə bilərlər.

Zal nəzarətçisi sertifikatı əldə etmək üçün namizədlər aşağıdakı mərhələləri keçməlidirlər:

  • Qeydiyyat, sənədlərin qəbulu və müsahibə;
  • Ümumi intellekt səviyyəsinin və situasiya mühakimə bacarıqlarının yoxlanılması üçün test imtahanı;
  • Təlimlər;
  • İmtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı.

Prosesdə iştirak etmək üçün qeydiyyat və sənədlərin qəbulu onlayn qaydada həyata keçirilir və 6 oktyabr 2025-ci il tarixində başa çatacaq.

Namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin qeydiyyat, sənədlərin qəbulu, və müsahibə mərhələsində iştirak etmək üçün ödəniş tələb olunmur. Ümumi intellekt səviyyəsinin və situasiya mühakimə bacarıqlarının yoxlanılması üçün ilkin test imtahanı, təlimlər və imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanı isə ödənişli əsaslarla həyata keçirilir (şəxsi kabinetə tələb olunan məbləğin əlavə edilməsi yolları ilə https://epayment.dim.gov.az/ saytında tanış olun). Qeydiyyatdan keçmiş namizədlər müvafiq mərhələdə iştirak etmədikdə ödədiyi məbləğ geri qaytarılmır.

Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. Namizəd ilk olaraq Mərkəzin internet saytında ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaradır. Sonra Mərkəzin internet saytının müvafiq səhifəsini (https://eservices.dim.gov.az/nez_sertifikat/registerlogin.aspx) açıb zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları və tez-tez verilən suallarla tanış olur, “digital login”lərdən biri ilə qeydiyyat sisteminə daxil olur, elektron anketi doldurur, tələb olunan sənədləri əlavə edir, elektron poçt ünvanının düzgünlüyünü mobil telefonuna gələn 6 rəqəmli kodu daxil etməklə təsdiq edir və müraciətini tamamlayır.

2. Namizəd elektron müraciət etdikdən sonra sənədlərin tələblərə uyğunluğu DİM tərəfindən yoxlanılır. Müraciətə təsdiq və ya imtina olaraq münasibət bildirilir. Bu barədə bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir.

3. Müraciət təsdiq edildikdə müəyyən edilmiş vaxtda müsahibəyə qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketə daxil olaraq müsahibə gününü, vaxtını seçir və aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edir:

  • Şəxsiyyət vəsiqəsi;
  • Elektron anket (zal nəzarətçisi sertifikatına müraciət zamanı təsdiq edilmiş anket);
  • İş yeri haqqında arayış (pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan və ya dövlət qulluğu sertifikatı olan (dövlət qulluğu haqqında qanunun tələbinə görə dövlət qulluqçuları müraciət edə bilməzlər) şəxslərdən arayış tələb olunmur. 1) İş yerindən arayış tərtib olunma tarixi göstərilməklə təşkilatın blankında çap olunur, təşkilatın və ya struktur bölmənin rəhbəri tərəfindən imzalanır. 2) Namizəd bu arayışla birlikdə iş yeri haqqında arayışın elektron hökümət portalından çıxarışını da təqdim etməlidir;
  • Məhkumluq barədə arayış;
  • Vətən Müharibəsi iştirakçısı olduğu haqqında sənəd (olduğu təqdirdə);
  • “Əməkdar müəllim” olduğu haqqında sənəd (olduğu təqdirdə).

Namizədin təhsil haqqında sənədi və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.

4. Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, yazı qabiliyyəti, emosional davamlılıq ilə yanaşı, şəxsiyyət tipinin zal nəzarətçisi vəzifəsini icra etməyə uyğunluğu yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir.

Müsahibələr Bakı şəhəri və DİM-in regional bölmələrinin yerləşdiyi şəhər və ya rayonlarda (Naxçıvan, Gəncə, Şəki,  Lənkəran, Xaçmaz, Şəmkir, Bərdə, Göyçay və Şirvan) keçirilir.

5. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellekt səviyyəsini və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət  edilirlər. İlkin test imtahanına qeydiyyatla bağlı bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd şəxsi kabinetinə ilkin test imtahanı üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq ilkin test imtahanında iştirak etmək  üçün qeydiyyatdan keçir.

İlkin test imtahanı kompüter vasitəsilə həyata keçirilir. İmtahanda namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. Səhv cavablar ümumi nəticəyə təsir etmir. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə 45 dəqiqə vaxt ayrılır. İmtahan fasilə verilmədən aparılır. Ümumi intellekt səviyyəsini yoxlayan testlər bloku üzrə nəticəsi ən az 40% və situasiya mühakimə bacarıqlarını yoxlayan testlər bloku üzrə nəticəsi ən az 50% olan namizədlər növbəti mərhələyə - təlimlər mərhələsinə buraxılırlar.

6. İlkin test imtahanı mərhələsini uğurla keçən namizədlər müəyyən edilmiş qrafikə uyğun olaraq təlimlərə cəlb olunurlar. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizədin mobil telefonuna və elektron poçt ünvanına məlumat    gəldikdən və şəxsi kabinetinə növbəti mərhələlər üçün tələb olunan məbləği əlavə etdikdən sonra elektron anketinə daxil olaraq birinci təlim üçün təlim vaxtını və gününü seçir. Birinci təlimdə iştirak edən namizədlərin mobil telefonuna və elektron poçt ünvanına məlumat  gəldikdən sonra elektron anketinə daxil olaraq ikinci təlim üçün təlim vaxtını və gününü seçirlər. Namizədin mobil telefonuna və elektron poçt ünvanına bildiriş gəldikdən sonra elektron anketinə daxil olaraq təlimin günü və vaxtını seçir.

7. Təlimlər iki gün ərzində  keçirilir:

“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi 1,5 saat müddətində davam edir və aşağıdakı mövzuları əhatə edir:

  • İmtahan prosesinə aid stres və təlaş,
  • İmtahana cəlb olunan tərəflərin psixoloji portretləri,
  • İlkin təəssüratın imtahan gedişatına təsiri,
  • İmtahan prosesində ünsiyyət xüsusiyyətləri,
  • İmtahana psixoloji hazırlıq.

“İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” təlimi 4 saat müddətində aparılır və aşağıdakı mövzuları əhatə edir:

  • DİM-in fəaliyyət istiqamətləri,
  • DİM tərəfindən keçirilən imtahanlar,
  • İmtahanların təşkili və idarə edilməsi prosesi,
  • Məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi,
  • İmtahanların texnologiyası, icra prosedurları, auditoriyanın idarəedilməsi,
  • Zal nəzarətçilərinin və digər məsul şəxslərin vəzifələri.

Təlimlərin sonunda namizədlərə təlimlərdə iştirakla bağlı sertifikat verilir.

8. Təlimlər yekunlaşdıqdan sonra namizədlərin imtahanların texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanına qeydiyyatla bağlı bildiriş mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq yekun test imtahanı üçün qeydiyyatdan keçir.

Yekun test imtahanı elektron formada kompüter vasitəsi ilə həyata keçirilir. Yekun test imtahanında namizədlərə 30 qapalı tipli test tapşırığı təqdim edilir. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir və səhv cavablar ümumi nəticəyə təsir etmir. İmtahan müddəti 45 dəqiqədir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur.

Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyəsini yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair test imtahanından topladığı balın 60%-i toplanır. Yekunda ən az 60%-lik nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:

- 90% və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;

- 60% və ondan yüksək, lakin 90%-dən aşağı nəticə göstərdikdə - B kateqoriyası.

“Əməkdar müəllim” fəxri adı alan müəllimlər təlimlərdə iştirak etdikdən sonra A kateqoriyası üzrə zal nəzarətçisi sertifikatı əldə edirlər.

Namizədin nəzarətçi qismində fəaliyyətinin sertifikatlaşdırılması ona zal nəzarətçisi statusunun verilməsi hesab olunur və bu barədə zal nəzarətçilərinin bazasında qeyd aparılır.

Qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun gələn Vətən Müharibəsinin iştirakçıları və “Əməkdar müəllim” fəxri adı alan müəllimlər sertifikatlaşdırma prosesində nəzərdə tutulmuş bütün ödənişlərdən azaddırlar (təsdiqedici sənədlər müsahibə zamanı namizəd tərəfindən təqdim edilməlidir).

Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected]  poçt ünvanına və 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

dim.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi