
Nazir müavini Litva Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
12.09.2025 / Mühüm xəbərlər
12 sentyabrda elm və təhsil nazirinin müavini Həsən Həsənli Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaskelevicius ilə görüşüb.
Görüş çərçivəsində Litva Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.


