AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Pedaqoji Universitetdə “Mexanikada yeni trendlər” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

29.08.2025 / Maraqlı məlumatlar

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin birgə təşkilatçılığı ilə sentyabrın 2-dən 5-dək Pedaqoji Universitetdə “Mexanikada yeni trendlər” mövzusunda I beynəlxalq elmi konfrans keçiriləcək.


Konfransda ABŞ, Almaniya, Avstriya, Azərbaycan, İtaliya və Türkiyə universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış mütəxəssislər iştirak edəcəklər.


Qırx altı ildir ki, hər iki ildən bir müxtəlif universitetlərdə təşkil olunan Türkiyənin ən uzunmüddətli elmi tədbiri olan və 24-cü dəfə keçirilən Milli Mexanika Konqresi bu il ilk dəfə olaraq beynəlxalq konfrans formatında Azərbaycanda – Pedaqoji Universitetdə reallaşır. Konfrans beynəlxalq miqyası ilə mexanika və mühəndislik sahəsində qlobal elmi əməkdaşlığa zəmin yaradacaq.


Beynəlxalq konfrans Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin və ADPU-nun koordinasiyası ilə İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutu və bir çox digər universitet və elmi-tədqiqat institutlarının töhfəsi ilə təşkil olunur.


Konfransın açılışında Elm və Təhsil Nazirliyinin nümayəndələri, universitetlərin rektorları, elmi-tədqiqat institutlarının rəhbərləri, tanınmış alimlər çıxış edəcəklər.


Çoxsaylı paralel sessiyalarda müzakirələrin aparılacağı beynəlxalq konfransda struktur (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və materiallar mexanikası sahələrində 150-dək elmi məruzə təqdim ediləcək.


Beynəlxalq konfransın proqramı ilə linkdən tanış olmaq mümkündür.

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi