AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elektromobillərin sürətli şarjı üçün xüsusi maye hazırlanıb

16.09.2025 / Maraqlı məlumatlar

Elektromobillərin ekspress-yükləmə texnologiyaları eyni anda bir neçə istiqamətdə inkişaf edir. Yüksək gücə malik yükləmə stansiyalarından əlavə, bu texnologiyaların bütün üstünlüklərini həyata keçirmək üçün elektromobilin bort sistemləri də uyğun olmalıdır. Shell elektromobilin yüklənmə müddətini 10 dəqiqəyə qədər azaltmağa imkan verən soyuducu maye ixtira edib. Batareyaların maye ilə soyudulması getdikcə daha geniş yayılır, lakin daha düzgün desək, söhbət batareyanın istilik rejimlərinin idarə olunmasından gedir. Xüsusilə, havanın şaxtalı olduğu hallarda bu maye batareyanı isitməyə kömək edir ki, o, enerjini daha yaxşı qəbul etsin və ötürsün. Britaniyanın neft konserni Shell, RML Group şirkəti ilə əməkdaşlıqda, tutumu 34 kVt·saat olan təcrübi batareyanı 10%-dən 80%-ə 10 dəqiqədən az vaxtda yükləməyə imkan verən maye hazırlayıb.
Bu proses zamanı batareya elementləri yüksək yükləmə cərəyanlarının təsiri nəticəsində yaranan təhlükəli qızmaya məruz qalmır. Deməli, əlavə soyutma tətbiq olunmayan ekspress-yükləmə zamanı müşahidə edilən kimi batareya hüceyrələrinin resursu zərər görmür. Shell-in fikrincə, əgər belə bir EV-Plussoyuducu mayesi olan batareya aerodinamikası dəqiq hesablanmış, 10 km yol üçün enerji sərfiyyatı 1 kVt·saatdan çox olmayan bir elektromobilə quraşdırılarsa, o zaman 1 dəqiqə ərzində 24 km-ə qədər gediş ehtiyatı bərpa etmək mümkün olacaq. Shell-in məlumatına görə, ənənəvi quruluşlu elektromobillər 1 dəqiqəlik şarj ilə yalnız 5 km gediş ehtiyatını bərpa edə bilir.
Təbii ki, tutumu daha böyük olan batareyaların yüklənmə müddəti Shell-in göstərdiyi 10 dəqiqəni yəqin ki, aşacaq, lakin belə bir mayenin bazarda meydana çıxması elektromobil sahiblərinin həyatını xeyli asanlaşdıracaq. Soyutmanın səmərəliliyini artırmaq üçün Shell EV-Plus mayesinə dielektrik xüsusiyyətlər verib. Başqa sözlə, bu maye elektrik cərəyanını keçirmir və buna görə də batareyanın bütün daxili elementləri ilə təhlükəsiz təmasda ola bilər. Şirkət nümayəndələrinin qeyd etdiklərinə görə, belə bir mayenin hazırlanmasına Shell-in enerji sənayesi üçün transformator yağlarının istehsalında topladığı zəngin təcrübə kömək edib. EV-Plus mayesinin Shell tərəfdaşları tərəfindən nə vaxt tətbiq olunacağı dəqiqləşdirilməyib, lakin şirkətin biznesinin qlobal miqyasını nəzərə alsaq, ondan dünyanın müxtəlif yerlərində avtomobil istehsalçıları mütləq faydalanmaq istəyəcək.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi