AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər Avropa Komissiyasının COST proqramı üzrə maarifləndiriliblər

06.02.2020 / Xəbərlər

Fevralın 6-da Mərkəzi Elmi Kitabxanada AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə məlumatlandırma seminarı keçirilib.
Tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, respublikanın ali təhsil, eləcə də elmi-tədqiqat mərkəzlərinin, həmçinin AR Əqli Mülkiyyət Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və digər qurumların nümayəndələri iştirak ediblər.
Seminarı Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva açaraq "Elmdə beynəlxalq əməkdaşlığın vəziyyəti: nailiyyətlər və çağırışlar" mövzusunda təqdimatla çıxış edib.

AMEA ilə Bolqarıstan Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, İtaliya Milli Tədqiqat Şurası (CNR), Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Belarus Dövlət Elm və Texnika Komitəsi, Rusiya Fundamental Tədqiqatlar Fondu və digər qurumlar arasında sıx əməkdaşlıq əlaqələri var.
O, COST, "Horizon 2020" və digər proqramların Azərbaycan alimlərinin 2014-2018-ci illər üzrə "Web of Science" elmimetrik bazasında nəşr dinamikasını nümayiş etdirən idarə rəisi bu istiqamətdə artım tempinin müşahidə olunduğunu diqqətə çatdırıb.

Tədbirdə, həmçinin COST Assosiasiyasının nümayəndəsi Judith Litjens təşkilatın maliyyə imkanları barədə təqdimatla çıxış edib. O, 1971-ci ildən fəaliyyət göstərən qurumun alimlərə öz innovativ tədqiqatlarını həyata keçirmələri üçün geniş imkanlar açdığını söyləyib. COST-un tədqiqat istiqamətlərinə dair alimlərdən təkliflər qəbul etdiyini deyən J.Litjens layihələrə ayrılan maliyyənin 4 illik qrant əsasında verildiyini vurğulayıb. O, həmçinin layihələrə qoşulma, müraciətlərin hazırlanması barədə də məlumat verib.
Seminarda daha sonra Azərbaycan Milli Antidopinq Agentliyinin əməkdaşı, milli koordinator İlham Hümbətov "Azərbaycanlı tədqiqatçılar üçün şəbəkə əməkdaşlığının əhəmiyyəti və COST-un rolu", Səhiyyə Nazirliyinin nümayəndəsi, milli koordinator Nabil Seyidov "COST-un fəaliyyəti: Azərbaycanlı iştirakçının perspektivi" və COST-un Elm Komitəsinin üzvü Krzysztof Gulda "Elm və Texnologiyada Avropa Əməkdaşlığı beynəlxalq əməkdaşlıq üçün addım kimi" mövzusunda təqdimatla çıxış ediblər.

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində Elektron Ticarət məsələləri üzrə eksperti Tofig Babayev, elmi işçisi Sevinc Babayeva və 3.5 saylı Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə laboratoriyasının aparıcı elmi işçisi Elxan Səbziyev də iştirak ediblər.

Sonda çıxışlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

mənbə: www.science.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi