AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt tərtibatçıları süni intellekt səbəbilə ixtisar olunurlar

18.09.2025 / Maraqlı məlumatlar

Belə bir fikir var ki, süni intellekt əmək bazarına böyük təsir göstərəcək, lakin onun hazırlanmasında iştirak edənlərin ixtisarı barədə məlumatlar çox nadir hallarda yayılır. Bu cür proseslər artıq Meta, xAI və Google şirkətlərində müşahidə olunub. Məlumata görə, yaxın zamanda Google-un süni intellekt sahəsindəki məhsulları üzərində - o cümlədən Gemini çat-botu və axtarış nəticələrindəki AI-overviewfunksiyası üzərində - işləyən 200-dən çox şəxs işdən azad edilib. Bunlar şirkətin ştat əməkdaşları deyil, onun podratçılarının işçiləri olub - onların bir çoxu Hitachi-yə məxsus proqram təminatı şirkəti GlobalLogic-in heyətində idi. Google üçün işləyən və işdən azad olunan GlobalLogic əməkdaşlarının əsas işi süni intellektin cavablarını qiymətləndirmək və onların keyfiyyətini təmin etmək olub. Onların əksəriyyəti ABŞ-da yerləşir və ingilisdilli kontentlə çalışır, bir çoxunun magistr və ya elmlər namizədi dərəcəsi var.
Ən azı onların bəzilərinə bildirilib ki, ixtisar səbəbi layihənin dayandırılmasıdır, lakin bu versiyaya hamı inanmayıb. Belə bir fikir var ki, radikal tədbirlər işçilərin maaş və məşğulluq təminatları ilə bağlı etirazları ilə əlaqəlidir. Sənədlərə əsasən, süni intellekt cavablarını qiymətləndirənlərin əməyi qiymətləndirmə prosesini avtomatlaşdıran sistemi öyrətmək üçün istifadə olunur: bir süni intellekti digər süni intellekt moderasiya edəcək. Elon Musk-ın xAI şirkəti bir neçə gün öncə məlumatların işarələnməsi ilə məşğul olan azı 500 əməkdaşını işdən azad etdi - şirkətin izahına görə, bu addım universal işçilərin xidmətlərindən imtina edib onları mütəxəssislərlə əvəzləmək məqsədilə atılıb. Google isə əksinə məhz mütəxəssisləri ixtisar edib.
Süni intellekt sahəsində fəaliyyətini gücləndirən Meta bir müddət əvvəl məlumatların işarələnməsinə ixtisaslaşmış Scale AI şirkətinin 49% səhmini aldı. Bundan sonra Scale AI öz heyətinin 14%-ni, o cümlədən 200 ştat əməkdaşını və təxminən 500 podratçısını ixtisar edib. Meta özü də süni intellekt şöbəsini ixtisar etmək imkanını ciddi şəkildə nəzərdən keçirir - şirkət sənaye yarışında geri qalmamaq üçün prioritetlərini ciddi şəkildə dəyişir. Çətin bir vəziyyət yaranır. Şirkətin aparıcı mütəxəssislərinə nəhəng məbləğlər təklif olunur, aşağı səviyyəli işçilər və podratçılar isə ixtisara düşür və əvəzolunan hesab olunurlar - vəsait isə dəqiq nəyin üzərində çalışdıqları məlum olmayan şəxslərə axır, çünki süni intellektin hazırlanması adətən ən ciddi gizlilik şəraitində aparılır.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi