AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

ChatGPT-nin uşaqlar üçün versiyası hazırlanır

18.09.2025 / Maraqlı məlumatlar

OpenAI şirkəti ChatGPT-nin uşaq interfeysi üzərində işləyir və 18 yaşdan kiçik uşaqların və yeniyetmələrin standart versiyaya girişini məhdudlaşdırmaq üçün yaşın proqnozlaşdırılması texnologiyasından istifadə etməyi planlaşdırır. Şirkət vurğulayıb ki, əgər onun alətləri istifadəçinin yaşını dəqiq müəyyən edə bilməsə, ChatGPT ehtiyat tədbiri olaraq 18 yaşdan kiçiklər üçün nəzərdə tutulmuş versiyanı tətbiq edəcək. OpenAI həmçinin hesab edir ki, ChatGPT istifadəçilərinin yaşı ən azı 13 olmalıdır. İnsanlarla süni intellektin qarşılıqlı münasibətləri sahəsində aparılan son araşdırmalar yeniyetmələrin psixi sağlamlığı üçün çat-botlarla uzunmüddətli ünsiyyətin riskləri barədə ciddi narahatlıq doğurur. Bir müddət əvvəl OpenAI yeniyetmələr və emosional stress vəziyyətində olan insanlar üçün yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı genişmiqyaslı təşəbbüsünü elan edib. Şirkət bu funksiyanı ilin sonuna qədər tətbiq etməyi planlaşdırır.

“Biz təhlükəsizliyi yeniyetmələrin məxfiliyindən və azadlığından üstün tuturuq. Bu, yeni və güclü bir texnologiyadır və biz hesab edirik ki, yetkinlik yaşına çatmayanlara ciddi müdafiə lazımdır. Bəzi prinsiplərimiz bir-birinə ziddir və biz təhlükəsizlik, azadlıq və yeniyetmələrin məxfiliyi arasındakı ziddiyyətlə bağlı qəbul etdiyimiz qərarları izah etmək istəyirik” - deyə OpenAI rəhbəri Sam Altman bildirib. Yeni uşaq interfeysi ChatGPT-də əsas məsuliyyət valideynlərin və qəyyumların üzərinə qoyulur. Valideynlər öz hesablarını uşaqların hesabları ilə əlaqələndirmək üçün onlara dəvət göndərməlidirlər. Bundan sonra isə onlar ChatGPT-in yeniyetmələrə reaksiyasını yaşa uyğun daxili qaydalar vasitəsilə məhdudlaşdıra biləcəklər. Valideynlər yaddaş və çat tarixçəsi də daxil olmaqla müəyyən funksiyaları söndürə və ya aktiv edə biləcəklər. Müvafiq funksiyanı işə saldıqda, sistem onların yeniyetməsinin kəskin stress vəziyyətində olduğunu aşkar edərsə bildirişlər alacaqlar.

OpenAI valideynlərə müəyyən saatlarda bloklama imkanı verəcək ki, həmin vaxtlarda yeniyetmə ChatGPT-dən istifadə edə bilməsin. OpenAI-in bu açıqlaması süni intellekt əsaslı çat-botların potensial zərərinə həsr olunmuş Vaşinqtondakı dinləmələrdən cəmi bir neçə saat əvvəl verilib. Bu dinləmələrdə bir qrup senator çat-botlarla bağlı yeniyetmələr üçün riskləri araşdırmağı planlaşdırır. Bundan asılı olmayaraq, ötən həftə Federal Ticarət Komissiyası (FTC) OpenAI, Meta, Google, xAI, Snap və Character.AI-dən məlumat tələb edərək çat-botların təhlükəsizliyi ilə bağlı öz araşdırmasına başlayıb. Texnologiya şirkətləri, adətən, məhkəmə iddialarına cavab olaraq yeniyetmələr və uşaqlar üçün xüsusi tətbiqlər yaradırlar - məsələn, YouTube Kids. Lakin belə tətbiqlərin istifadəsi üçün ən böyük maneə yeniyetmələri hesablarını valideyn hesabları ilə əlaqələndirməyə razı salmaqdır. OpenAI uzun müddətdir bildirir ki, bütün ChatGPT istifadəçiləri ən azı 13 yaşında olmalıdır. Dərrakəli gənclər çox vaxt informasiya texnologiyalarında valideynlərindən və qəyyumlarından xeyli yaxşı anlayışa malikdirlər. Onlar lazım olan sayt və tətbiqlərə giriş əldə etmək üçün alternativ yollar tapmaqda çətinlik çəkmirlər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi