
ED 1.20 Dissertasiya şurasının iclası keçirilib
18.09.2025 / Mühüm xəbərlər
18 sentyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdindəki ED 1.20 Dissertasiya şurasının iclası keçirilib.
İclasda iddiaçılar Məhəmməd Hüseyn oğlu Rezvanın, Tamilla Adil qızı Bayramovanın, Nərmin İbrahim qızı Həsənlinin və Ülviyyə Zakir qızı Rəsulovanın dissertasiya işi üzrə avtoreferatlarının əlyazması hüququnda çapına razılıq verilməsi, Komissiyanın müəyyən etdiyi “Dissertasiyaların avtoreferatlarının göndərilməli olduğu təşkilatların siyahısı”na (Əlavə 1.6) əlavə olunacaq ünvanların müəyyən edilməsi, müdafiənin keçirilmə tarixinin və rəsmi opponentlərın təsdiqi məsələləri müzakirə edilib.


