AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılışı olub

12.02.2020 / Xəbərlər

Azərbaycan Texniki Universitetində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Müsabiqə Təhsil Nazirliyi, AMEA, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, dövlət başçısı tərəfindən bu sahəyə xüsusi önəm verildiyini bildirib.

M.Vəliyeva “Sabahın alimləri” müsabiqəsindən də bəhs edərək, əsas məqsədin IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasından ibarət olduğunu bildirib. Qeyd edib ki, yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsi də müsabiqənin məqsədləri sırasındadır.

Bildirilib ki, bu il müsabiqəyə 454 şagird 258 layihə ilə müraciət edib. Onlardan 327-i 187 elmi layihə ilə müsabiqədə iştirak etmək hüququ qazanıb. 187 layihə sırasında fərdi layihələrin sayı 47, kollektiv layihələrin sayı isə 140-dır.

Açılış mərasimində AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov da iştirak edib.

Həmçinin tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun 3.5 saylı Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə laboratoriyasının rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev müsabiqənin Kompüter elmləri üzrə münsiflər heyyətinin üzvü kimi iştirak edib.

Müsabiqə fevralın 13-də yekunlaşacaq.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi