AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Milli Proqram” istifadəçiləri “Coursera” platformasında rekord sayda kurs bitirib

19.09.2025 / Maraqlı məlumatlar

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 30000 nəfər təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar. 

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü dalğasına qoşulan 7500 istifadəçi rekord sayda – 18 mindən çox kurs bitirib. Aprel ayından başlayan proqramda bu günədək 30000 nəfər “Coursera” platformasında ödənişsiz təlimlərdən istifadə edib. Onlar 60000-dən çox kursu uğurla başa vurublar. Növbəti 7500 vətəndaş proqrama qoşulub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 5-ci dalğasına start verilib. Növbəti 7500 vətəndaş 6 həftə ərzində “Coursera” platformasından ödənişsiz istifadə imkanı qazanıb.

“Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər eləcə də biznes sahəsi üzrə təlimlərə də maraq artır.

Avqust ayından başlayaraq yerli universitetlər və şirkətlər öz kurs və təlimlərini “Course builder“ aləti vasitəsilə “Milli Proqram” çərçivəsində “Coursera” platformasında yerləşdirmək imkanı əldə ediblər. Ümumilikdə 25 təlim artıq platformada yerləşdirilib və 2000 təlim istifadəçilər tərəfindən başa vurulub. Yerli təlim şirkətlərinin 3 kursu proqram istifadəçilərinin ən çox müraciət etdiyi təlimlər sırasına daxildir.

“Milli Proqram” istifadəçilərinin ən çox müraciət etdiyi təlim və kurslar:

  1. Süni intellekt hamı üçün (AI For Everyone)
  2. Rəqəmsal texnologiyanın gücü: STEM-də texnoloji trendlər
  3. Layihələrin idarəolunması əsasları (Project Management Fundamentals)
  4. STEM-də Elmin rolu: Kəşflərə aparan yol
  5. Layihələrin idarəolunmasının əsasları (Foundations of Project Management)
  6. Data elminin əsasları: Data hər yerdə (Foundations: Data, Data, Everywhere)
  7. Robotiksə giriş: STEM-də ağıllı sistemlər dünyası
  8. Data elmi nədir? (What is Data Science?)
  9. Peşəkarlar üçün tənqidi düşünmə bacarıqları (Critical thinking skills for the Professional)
  10. Rəqəmsal transformasiya perspektivləri: Aqrobizneslər (Perspectives in Digital Transformation: Agribusiness)
  11. Süni intellektə giriş (Introduction to Artificial Intelligence)
  12. Liderlik bacarıqları (Leadership Skills)
  13. Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)
  14. İngilis dilində peşəkar email yazışmaları (Write Professional Emails in English)
  15. Layihələrin idarəolunmasına giriş (Introduction to Project Management)

Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 12000-dən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” istifadəçiləri platformada 2500 kursu Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 kursu isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (kursların siyahısı – https://bit.ly/4ogG5Mw).

Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Qeyd edək ki, “4Sİ Akademiyası”nın ilkin pilot mərhələsində 10000 nəfər “Coursera”dan faydalanıb, 4200-dən çox beynəlxalq sertifikat əldə olunub. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.
tif.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi