AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Agentlik rəhbəri: THE reytinqinə düşən universitetlərimizin sayının iki dəfə artacağı gözlənilir

24.09.2025 / Mühüm xəbərlər

“Universitetlərin müxtəlif beynəlxalq platformalarda təqdimatı artıq aydın şəkildə görünür və son illərdə bu sahədə ciddi irəliləyişlər əldə olunub. Əvvəllər Azərbaycanın universitetləri müxtəlif reytinqlərdə ya, ümumiyyətlə, təmsil olunmurdu, ya da çox məhdud şəkildə yer alırdı. Hazırda QS reytinqində 9 universitetimiz var və onlardan 6-sı “Top Mind” kateqoriyasına daxildir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlaması zamanı deyib.

O qeyd edib ki, bu, böyük bir göstəricidir və ölkəmizdə müsbət dinamikanın olduğunu sübut edir:

“Eyni zamanda, Bakı Dövlət Universiteti artıq 600-cü yerdə sabitləşib. Oktyabr ayında “World University Rankings”in növbəti mərhələsi formalaşdırılacaq və gözləntilərə görə, bizim universitetlərimizin sayı burada iki dəfə artacaq. Əvvəlcə sıfır idisə, keçən il iki universitetimiz reytinqdə yer aldı. Bu il isə daha da artım gözlənilir”.

Ülkər Səttarova əlavə edib ki, bu inkişaflar həm universitetlərin beynəlxalq səviyyədə tanınması, həm də xarici tələbələrin cəlb olunması baxımından çox vacibdir:

“Mən inanıram ki, qarşıdakı 2-3 ildə Azərbaycan universitetləri reytinqlərdə daha da ciddi yüksəliş göstərəcək. Son iki ildə universitetlərimizin reytinqləri yaxşılaşıb. Bu, təhsilimizin inkişafı və xarici tələbələrin diqqətini cəlb etməsi baxımından çox vacibdir. Qeyd etmək istərdim ki, bir çox mütəxəssislər universitetlərin “reytinq ardınca getməsi”ni tənqid edirlər. Lakin reytinqlərə diqqət yetirsək, onların, əsasən, kriteriyalara əsaslandığını görərik və bu kriteriyalar dünya səviyyəsində qəbul olunmuş metodologiyaya əsaslanır”.

O əlavə edib ki, dünyada reytinq üçün çoxsaylı kriteriyalar mövcuddur və onlar bu metodologiya ilə müəyyən edilir: "Əsas kriteriyalar arasında akademik nüfuz, xarici tələbə və müəllim sayı, məzunların iş tapma göstəriciləri yer alır. Dünyada reytinq üçün başqa kriteriyalar bu qədər önəmli deyil. Bütün ölkələr qiymətləndirmələrini bu dünya metodologiyasına əsasən aparır. Buna görə reytinqlər çox vacibdir. Mən deməzdim ki, reytinqlərdən uzaqlaşmalıyıq. Reytinq bir üsuldur, bir əsasdır. Lakin onun üzərində qurulan kriteriyalar bizə ali təhsildə qərar vermək, özümüzü dəyərləndirmək və qonşu ölkələrlə müqayisə aparmaq üçün çox önəmli imkanlar təqdim edir”.

 

muallim.edu.az

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi