AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Snapdragon 8 Elite Gen 5 flaqman prosessoru təqdim edilib

26.09.2025 / Maraqlı məlumatlar

Qualcomm şirkəti yeni flaqman mobil prosessoru olan Snapdragon 8 Elite Gen 5-i təqdim edib. TSMC şirkətinin N3P adlı yenilənmiş 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış bu yeni prosessor 8 nüvəlidir. Prosessorun tərkibində nüvələr “2 + 6” sxemi üzrə yerləşiblər. Yəni prosessor özündə 2 ədəd 4.6 GHz tezlikdə çalışan nüvəni və 6 ədəd 3.62 GHz tezlikdə çalışan nüvəni birləşdirir. Prosessorun qrafik imkanlarından Adreno 840 adlı yeni nəsil qrafik çipi cavabdehdir. Ümumilikdə Snapdragon 8 Elite Gen 5-in CPU performansı 20%, GPU performansı 23% və enerji effektivliyi 35% artıb, enerji sərfiyyatı isə 16% aşağı düşüb. Süni intellekt əməliyyatlarının emalından yeni nəsil Hexagon NPU neyron çipi cavabdehdir.

Onun performansı 37% artıb, enerji sərfiyyatı isə 16% azalıb. Bu neyron çip böyük dil modellərini bilavasitə lokal şəkildə cihazda işə salmağa imkan verir və bu halda cihaz batareyasındakı enerjinin sürətli sərfiyyatından narahat olmağa ehtiyac qalmır. Snapdragon 8 Elite Gen 5-in əsas fərqləndirici özəlliklərindən biri də Advanced Professional Video (APV) kodekinin dəstəklənməsidir. Bu isə o deməkdir ki, Snapdragon 8 Elite Gen 5 prosessorlu smartfonlar Apple-ın ProRes formatını dəstəkləyən iPhone-ları ilə eyni səviyyədə rəqabət apara biləcəklər. Bundan əlavə olaraq Snapdragon 8 Elite Gen 5 prosessoru 320 MP-ə qədər olan kameraları və 8K-ya qədər çəkilişi dəstəkləyir.

technote.az

Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi