AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanda vahid məlumat bazasının yaradılmasına dair müzakirələr aparılıb

14.02.2020 / Xəbərlər

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Avropa Komissiyasının nümayəndəsi, Sosial İnnovasiyalar Mərkəzinin layihə meneceri Martin Feliks Qajdusek ilə görüşüb.

Görüşdə akademik İbrahim Quliyev AMEA-da müxtəlif elm sahələri üzrə aparılan tədqiqatlar, elm və təhsilin inteqrasiyası, elmin kommersiyalaşması istiqamətində görülən işlər barədə məlumat verib. O, bu elm ocağının CERN, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna) və digər nüfuzlu elm mərkəzlərilə sıx əməkdaşlığından söz açaraq, ölkə alimlərinin müxtəlif beynəlxalq proqram və layihələrdə fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, AMEA-nın elmi müəssisələri ilə respublikanın müxtəlif nazirlikləri, ali məktəbləri arasında bağlanan saziş və müqavilələrə əsasən müştərək laboratoriyalar fəaliyyət göstərir, birgə layihələr həyata keçirilir.

Martin Feliks Qajdusek isə öz növbəsində Avropa Komissiyasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə həyata keçirdiyi birgə layihələr haqqında danışıb. Akademik qurumlar və ali təhsil müəssisələri tərəfindən elmi infrastrukturun müştərək istifadəsindən bəhs edən ekspert Azərbaycanda vahid məlumat bazasının yaradılmasının zəruri olduğunu qeyd edib.

Sonra AMEA ilə ölkənin ali təhsil müəssisələrinin müştərək məlumat bazasının yaradılması üçün standartların müəyyənləşdirilməsi, elmi-tədqiqatların səmərəli təşkili məqsədilə avadanlıq və cihazların alınması və saxlanılması üzrə yanaşmaların müvafiq müəssisələr arasında müzakirəsi, bu sahənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün müxtəlif qurumlar tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və Avropa Komissiyasının “Horizon 2020” Proqramının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə Milli əlaqələndirici şəxsi, Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov da iştirak ediblər.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
  • 03.12.2025
    “Kompüter Elmlərində Yeni Tədqiqat Metodologiyaları və Sənaye-Akademiya Əməkdaşlığının Müasir Modelləri” adlı Beynəlxalq Simpozium keçiriləcək
  • 27.11.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi