AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

NASA astronavtlarının Ay ətrafı uçuşu artıq gələn ilin fevral ayında baş tuta bilər

25.09.2025 / Maraqlı məlumatlar

NASA-nın yüksək vəzifəli şəxsləri “Artemis 2” missiyası çərçivəsində tarixi uçuşun artıq 2026-cı il fevralın 5-də baş tuta biləcəyini bildiriblər. Orion gəmisində Ay ətrafında uçuşa 4 astronavt göndəriləcək - bu, 50 ildən artıq fasilədən sonra ilk dəfə olacaq. Ay missiyası üçün sonuncu uçuş tarixi 26 aprel kimi müəyyən olunub, lakin agentlik mümkün qədər tez başlamasına ümid edir. NASA-da “Artemis 2” missiyasının məqsədləri belə izah olunur: “Bu missiyanı tam uğurlu adlandırmaq üçün biz Ayı dövrə vurmalı, ekipajı sağ-salamat geri gətirməli və onları geniş qucaqla qarşılamalıyıq”.

Ekipajlı gəmi Ay orbitinə çıxmayacaq - o, peyki sərbəst dövrə vuracaq və onun səthinə 9260 km-dən yaxın məsafəyə yaxınlaşmayacaq. Bu cür ehtiyatlılıq onunla bağlıdır ki, “Artemis 2” missiyası böyük ölçüdə sınaq xarakteri daşıyır. NASA astronavtların həyatını riskə atmaq fikrində deyil. “Artemis 2” missiyasının göndərilməsi 1 ildən çox gecikib. Problemlər Orion gəmisinin istilik qalxanı ilə bağlı yaranıb. “Artemis 1” missiyasında Orion pilotsuz rejimdə təxminən 2 həftə Ay orbitində olduqdan sonra Yer atmosferinə daxil olarkən istilik qalxanı bəzi yerlərdə gözlənilmədən ciddi şəkildə yanmışdı.

Buna görə də “Artemis 2” missiyasında gəmi ekipajla birlikdə uçarkən seçilən trayektoriya elə müəyyən edilib ki, Orion-un istilik qalxanı Yer atmosferinə daxilolma zamanı daha az istilik yüklənməsinə məruz qalsın. Bu tarixi uçuşa NASA astronavtları qatılacaq: komandir Reid Wiseman, pilot Victor Glover, mütəxəssis Christina Koch və Kanada Kosmik Agentliyinin astronavtı Jeremy Hansen. NASA-nın “Artemis 2” missiyasını başlatmaq üçün fevral, mart və apreldə 5 günlük imkan pəncərəsi var. Orion gəmisi bu ilin may ayında agentliyə təhvil verilib. Yaxın vaxtlarda gəmi SLS daşıyıcı raketinə quraşdırılacaq. Tam hazır raketi NASA oktyabr ayında göstərməyi vəd edir.

technote.az

Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi