AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə yekun vurub

26.09.2025 / Xəbərlər

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”nin sonuncu paneli “Avrasiya universitetləri arasında əməkdaşlığın gələcəyi” mövzusuna həsr olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, paneldə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müxtəlif təhsil sistemlərinin bir araya gətirilməsinin çətinliyinə baxmayaraq mövcud sistemlər daxilində müəyyən inteqrasiyaya nail olunduğunu bildirib. O həmçinin elmi fəaliyyət və tədqiqat üzrə Asiya, Orta Asiya, Avropa və digər qərb ölkələri ilə güclü əməkdaşlığa, eləcə də müxtəlif ölkələrdən tədqiqatçılarla birgə yazılan kollaborativ məqalələrin sayının artırılmasına ehtiyac olduğunu vurğulayıb.

Paneldə çıxış edən digər spikerlər – BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin xarici əlaqələr, hökumət və tələbələrlə iş üzrə prorektoru Fariz İsmayılzadə və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev isə universitetlərin ölkələrarası əməkdaşlığın inkişafında rolunu, sənaye ilə əməkdaşlıq imkanlarını və regionun inkişaf potensialına uyğun yeni istiqamətlərin formalaşdırılmasının vacibliyini qeyd ediblər.

Sammitin rəsmi bağlanış mərasimində “Times Higher Education” beynəlxalq reytinq agentliyinin Qlobal məsələlər üzrə baş direktoru Fil Bati Avrasiya regionunda ali təhsilin innovasiya və tədqiqatlar vasitəsilə yeni bir inkişaf dövrünə qədəm qoyduğunu bildirib və növbəti sammitin Qazaxıstanda keçiriləcəyini elan edib.

Satbayev Universitetinin Strateji inkişaf departamentinin müdir müavini Gülziya Burşukova iştirakçıları Almatı şəhərində keçiriləcək sammitə dəvət edib.

Bağlanış mərasimində Fil Bati sammitin regionda ilk dəfə keçirilməsinə və yüksək səviyyədə təşkilinə görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya xüsusi xatirə plaketi təqdim edib.

Qeyd edək ki, sammit iki gün ərzində davam edib və 35-ə yaxın ölkədən 300-dən çox nümayəndəni bir araya gətirib. Tədbir çərçivəsində ali təhsildə rəqəmsal transformasiya, inklüzivlik, beynəlxalq tərəfdaşlıqlar, dayanıqlı inkişaf məqsədlərinə töhfə, iqlim dəyişikliyi ilə mübarizə, universitet–sənaye əməkdaşlığı və Avrasiya məkanında gələcək əməkdaşlıq imkanları kimi qlobal mövzular ətrafında geniş müzakirələr aparılıb.

muallim.edu.az

Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi