AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

26.09.2025 / Xəbərlər

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva BMT-nin Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən tədbirdə iştirak ediblər” başlıqlı icmal təqdim edilib.

Bugünkü buraxılışın ilk səhifələrində “Böyük zəfərə aparan yolun 5 ili” rubrikalı 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir, 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı və Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfransa dair yazılar geniş şəkildə işıqlandırılıb.

Bundan əlavə, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə keçirilən beynəlxalq konfransda iştirakı və digər tədbirlər haqqında informasiyalar bu nömrədə yer alıb.

Qəzetin bu sayında, AMEA-nın bölmə və müəssisələrində həftə ərzində keçirilən müxtəlif tədbirlər – görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət, “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda Azərbaycan – Gürcüstan I beynəlxalq konfransı, “Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriya və görkəmli bəstəkar, pedaqoq və publisist Üzeyir Hacıbəylinin 140 illiyi və “Milli Musiqi Günü” münasibətilə tədbirlə bağlı yazılar və yeni nəşrlər təqdim edilib.  

Bugünkü sayda “Dövlət və xalqın vəhdəti: 27 Sentyabr” və “Azərbaycanın cənub-şərqində unikal arxeoloji tapıntıları aşkar edilib” adlı məqalələr dərc olunub.

Qəzetin rus və ingilis dili bölmələrində Azərbaycan alimlərinin Dubnada, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda fəaliyyətindən bəhs edən məqalə, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Mais Əmrahovla müsahibə və Akademiyanın ötən həftə elmi-təşkilati fəliyyətinə dair informasiyalar dərc edilib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi