AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

GPT-5 və Claude Opus 4.1 tətbiqi peşələrdə ekspert səviyyəsinə çatıblar

29.09.2025 / Maraqlı məlumatlar

 OpenAI müasir süni intellekt modellərinin tətbiqi peşələrdə ekspert səviyyəsinə nə dərəcədə yaxınlaşdıqlarını qiymətləndirən yeni test toplusu - GDPval təqdim edib. Sınaqlar üçün şirkət ABŞ iqtisadiyyatının əsas sahələrindən - tibbdən və maliyyədən tutmuş jurnalistika və İT-yə qədər - 44 ixtisas seçib. Tədqiqat çərçivəsində süni intellekt ən azı 14 illik iş təcrübəsinə malik mütəxəssislər tərəfindən əvvəlcədən hazırlanmış tipik tapşırıqları yerinə yetirib. Hər peşə üzrə təxminən 30 praktiki ssenari hazırlanıb.

Məsələn, süni intellekt sifarişlərin auditini aparmalı və hesab-fakturalardakı səhvləri tapmalı, hüquqi rəy hazırlamalı və ya pasiyent üçün baxım planı tərtib etməli olub. Daha sonra həmin ekspertlər “kor” qiymətləndirmə aparıblar: iki variant arasından ən yaxşı həlli seçiblər, amma hansı cavabın insana, hansının neyroşəbəkəyə məxsus olduğunu bilməyiblər. GPT-5-high modeli halların 40.6%-də mütəxəssislərlə eyni səviyyədə və ya onlardan daha yaxşı nəticə göstərib, halbuki əvvəlki GPT-4o cəmi 12% nəticə nümayiş etdirib.
     Rəqib isə daha da yüksək göstərici əldə edib: Anthropic şirkətinin Claude Opus 4.1 modeli 49% nəticə göstərib, xüsusilə sənədlərin və təqdimatların keyfiyyətli vizual tərtibatı tələb olunan hallarda yaxşı fərqlənib. Bununla belə, OpenAI dəqiqləşdirir: söhbət, mütəxəssislərin əvəz olunmasından getmir. Ekspertlər hələ də işin əsas hissəsini yerinə yetirirlər, süni intellekt isə hələlik yalnız müəyyən rutin tapşırıqların bir hissəsini etibarlı şəkildə öz üzərinə götürə bilir. Şirkət vurğulayır ki, artıq indi belə alətlər əməkdaşların iş yükünü azalda və onların peşələrinin daha mürəkkəb və dəyərli tərəflərinə fokuslanmalarına imkan verə bilər.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi