AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Agentliyin direktoru: Zəif tərəfimiz xarici müəlliflərlə birgə nəşr olunan məqalələrin sayının azlığıdır

26.09.2025 / Xəbərlər

“Son iki gündə müzakirələrdə əsas diqqət yüksək təhsildə əməkdaşlıq məsələsinə yönəlib. Bu sahədə müəyyən uğurlar əldə olunub və başlanılan işlərin davam etdirilməsi vacibdir”.

Teleqraf xəbər verir ki, bunu "THE Avrasiya Universitetlərinin Sammiti"nin sonuncu günündə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O bildirib ki, əsas məsələ elmi fəaliyyət və tədqiqat sahəsində əməkdaşlığın qurulmasıdır:

“Bu, daha mürəkkəb prosesdir. Azərbaycan üçün mühüm məsələlərdən biri müxtəlif ölkələrlə, xüsusilə Mərkəzi Asiya, Avropa və Qərb ölkələri ilə güclü elmi əlaqələrin yaradılmasıdır. Bu, böyük bir çağırışdır. Universitetlərimizin Times Higher Education reytinqində mövcud vəziyyəti göstərir ki, hələ üzərində işlənməli sahələr var. Xüsusilə digər ölkələrin müəllifləri ilə birgə nəşr olunan məqalələrin sayının az olması zəif tərəfimizdir”.

Ü.Səttarova qeyd edib ki, bu məqamda yüksək impakt faktorlu jurnallarda dərc olunan elmi məqalələr vacibdir:

“Lakin daha mühüm məsələ beynəlxalq əməkdaşlıq əsasında hazırlanan birgə məqalələrin çoxalmasıdır. Çünki belə işlər həm tədqiqatın keyfiyyət göstəricisidir, həm də həmin məqalələr daha çox sitat alır və elm ictimaiyyətində geniş istinad olunur.

Hazırda bizim üçün əsas məqsəd ciddi elmi fəaliyyət istiqamətində güclü körpülər qurmaqdır”.

teleqraf.az

Tweet
ELANLAR
  • 02.03.2026
    4 mart 2026-cı il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutunun Ümuminstitut Seminarı keçiriləcək
  • 27.02.2026
    Bakı Ali Neft Məktəbində Ağıllı Sistemlər və Kibertəhlükəsizlik mövzusunda VII Beynəlxalq Elmi Konfransı keçiriləcək
  • 27.02.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
  • 26.02.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi