AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanlı alim dünyanın ən nüfuzlu elm adamları siyahısında yer alıb

29.09.2025 / Mühüm xəbərlər

İstanbul Ticarət Universitetinin professoru, tətbiqi mexanika və kompozit konstruksiyalar sahəsində tanınmış alim Abdulla Sofiyev (Avey) növbəti dəfə dünyanın ən nüfuzlu alimləri sırasında yer alıb.

Stanford Universitetinin təşəbbüsü ilə aparılan və “Elsevier” nəşriyyatı tərəfindən 2024-cü ildə dərc olunan beynəlxalq araşdırmanın nəticələrinə əsasən, professor A.Sofiyev həm “Karyeraya təsir”, həm də “İllik təsir” göstəricilərinə görə dünyanın 2 faiz ən nüfuzlu alimləri siyahısına daxil edilib. Siyahı 2025-ci ilin sentyabr ayında açıqlanıb.

Qeyd edək ki, bu siyahıda A.Sofiyev dünyanın müxtəlif universitetlərində çalışan bütün azərbaycanlı alimlər arasında ən öndə yer almaqdadır. Bu göstərici professorun yalnız fərdi nailiyyətlərini deyil, həm də Azərbaycan elminin qlobal elm məkanında mövqeyini nümayiş etdirir. Onun araşdırmaları əsasən nanokompozit və funksional dərəcələndirilmiş materiallardan hazırlanan çoxqatlı konstruksiyaların qeyri-xətti rəqsləri, dayanıqlıq və sabitlik problemlərinə həsr olunub. Alimin 300-dən artıq elmi məqaləsi nüfuzlu beynəlxalq jurnallarda dərc edilib. Bunların 190-dan çoxu yüksək impakt faktorlu SCİ göstəricisinə malik jurnallarda işıq üzü görüb. Əsərlərinə verilmiş minlərlə istinad onun elmi nüfuzunun qlobal miqyasda tanındığının göstəricisidir.

Professor hazırda İstanbul Ticarət Universitetində fəaliyyətini davam etdirir. Bununla yanaşı, o, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə də sıx elmi əməkdaşlıq edir. A.Sofiyev son illərdə hər iki ali məktəbdə apardığı fundamental və tətbiqi tədqiqatlarla bu ali təhsil müəssisələrinin beynəlxalq nüfuzunun yüksəlməsinə, elmi-innovativ potensialının güclənməsinə və Azərbaycan–Türkiyə akademik əlaqələrinin daha da inkişafına mühüm töhfələr verib.

azertag.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi