
Günəş sistemindəki üçüncü ulduzlararası obyektin olduqca kütləli olduğu təyin edilib
30.09.2025 / Maraqlı məlumatlar
Harvard astronomları və onların həmkarları iyul ayında kəşf edilmiş ulduzlararası 3I/ATLAS kometasını təhlil ediblər və onun anormal dərəcədə kütləvi olduğu qənaətinə gəliblər. Bu, Oumuamua obyektindən və Borisov kometasından sonra üçüncü təsdiqlənmiş ulduzlararası obyekt sayılır. Yeni tədqiqat 4 aylıq müşahidələrə və James Webb kosmik teleskopunun məlumatlarına əsaslanır. Astronomlar kometanın trayektoriyasını yalnız qravitasiya təsiri ilə hərəkət ssenarisi ilə müqayisə ediblər ki, qeyri-qravitasiya sürətlənmələrini - məsələn, kometadan qazların çıxışı ilə yaranan qüvvələri müəyyən etsinlər. Nəticələr göstərib ki, qeyri-qravitasiya sürətlənməsi minimaldır və kometa nüvəsinin təqribən 5 kilometr minimal diametrə malik olduğunu göstərir.


