AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Süni intellekt Almaniyanın internet sənayesini stimullaşdırır

01.10.2025 / Maraqlı məlumatlar

Alman internet iqtisadiyyatı sürətlə inkişaf edir.

AZƏRTAC “Tagesschau” informasiya portalına istinadla xəbər verir ki, Almaniya İnternet Sənayesi Assosiasiyasının (Eco) sifarişi ilə “Arthur D.Little” konsaltinq firmasının apardığı araşdırmaya əsasən, Almaniyanın internet iqtisadiyyatının növbəti beş il ərzində illik 9,7 faiz artacağı gözlənilir. Beləliklə, gəlirlərin bu il 245 milyard avrodan 2030-cu ilə qədər 389 milyard avroya yüksələcəyi ehtimal olunur.

Tədqiqatda bu artımın iki əsas səbəbi müəyyən edilir. Birincisi, rəqəmsallaşma həyatın və işin bütün sahələrinə nüfuz edir. İkincisi, şirkətlər və istehlakçılar süni intellekt texnologiyalarından getdikcə daha çox istifadə edirlər. Süni intellektin istifadəsi müasir dinamikanın əsasını təşkil edir və yeni biznes modelləri yaradır.

Müsbət proqnozlara baxmayaraq, “Eco” struktur defisit və iqtisadi bumun siyasi səhvlər səbəbindən iflasa uğraması riski barədə xəbərdarlıq edir. Əsas problem rəqəmsal infrastrukturun, xüsusən də məlumat email mərkəzlərinin çox böyük çatışmazlığıdır. Tədqiqatın müəllifləri proqnozlaşdırırlar ki, 2030-cu ilə qədər Almaniyada İT mərkəzlərinə qoşulma gücü təxminən 50 faiz artaraq 2,4-dən 3,7 giqavata çatacaq. Bununla belə, onlar sənaye tərəfindən tələbin də ən azı 3-5 dəfə artaraq məhz 12 giqavata çatacağını gözləyirlər. Bu, Almaniyanın Beynəlxalq rəqabətdə daha da geriləməsi təhlükəsi yaradır.

ABŞ artıq Almaniyadan 20 dəfə çox gücə malikdir. Araşdırmaya görə, əlavə güc olmadan hesablama yükləri xaricə keçiriləcək, bu isə Almaniyanın rəqəmsal suverenliyini təhlükə altına salacaq. İnternet Assosiasiyası hesab edir ki, infrastruktur boşluqları, ilk növbədə, fiber-optik şəbəkələrin ləng inkişafı, kiçik və orta müəssisələr arasında rəqəmsallaşmada tərəddüd və platformalar sahəsində təcrübə çatışmazlığı ilə bağlıdır.

“Eco”nun baş direktoru Oliver Süme xəbərdarlıq edib ki, qətiyyətli siyasi hərəkətlər olmasa, artım bumu yox ola bilər. “Süni intellekt və avtomatlaşdırma hesablama gücünə və yüksəksürətli şəbəkələrə böyük tələbat yaradır. Bununla belə, Almaniyadakı mövcud şərait bazarı lazımi güclərlə vaxtında təmin etməyə imkan vermir.

Almaniyada sənaye ehtiyacları üçün yüksək elektrik enerjisi qiymətləri kilovat-saat üçün təxminən 0,23 sent olmaqla Aİ orta qiymətindən 25 faiz çoxdur. Bu, ciddi ərazi yerləşdirmə problemi yaradır və operatorların beynəlxalq bazarda rəqabət qabiliyyətini azaldır.

azertag.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi