
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı olub
01.10.2025 / Mühüm xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşüblər.


