AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Tədqiqatçılar süni intellekt səbəbilə kütləvi işsizliyi aşkar etməyiblər

02.10.2025 / Maraqlı məlumatlar

Generativ süni intellekt sistemlərinin tərtibatçıları investorların vəsaitini cəlb etməkdə maraqlıdırlar və buna görə də bu cür sistemlərin iqtisadiyyatın bütün sahələrinə nə dərəcədə təsir göstərə biləcəyi barədə proqnozlar verməkdən çəkinmirlər. Müstəqil tədqiqatçılar isə nəticə çıxarmaqda tələsməməyə çağırır və bildirirlər ki, süni intellektin tətbiqi hələlik əmək bazarında köklü dəyişikliklər yaratmır. Financial Times-ın qeyd etdiyinə görə, Yel Universitetinin və Brookings Institution şirkətinin nümayəndələri ABŞ əmək bazarını 2022-ci ilin noyabrından bu günə qədər araşdıraraq belə nəticəyə gəliblər ki, ChatGPT tipli generativ süni intellekt texnologiyalarının yayılması əmək bazarına internetin yaranması kimi əvvəlki texnoloji sıçrayışlardan daha nəzərəçarpacaq təsir göstərməyib. Tədqiqat müəlliflərinin fikrincə, son 3 ildə ABŞ əmək bazarı əsasən əvvəlki tendensiyaların davamlılığını qoruyub və süni intellektin sürətlə artan məşhurluğu fonunda ciddi radikal dəyişikliklər nümayiş etdirməyib.

Əslində, sıravi əməkdaşların çox az bir qismi hələlik generativ süni intellekti işlərində daimi və effektiv şəkildə necə istifadə etməyi dəqiq anlayır. ABŞ əmək bazarının strukturu hələ ki, bu tip texnologiyaların təsiri altında radikal şəkildə dəyişmir. Heç olmasa, bu proses fərdi kompüterlərin və ya internetin meydana çıxdığı dövrdən daha sürətli getmir. Şirkətlər hələ yolun əvvəlindədir və öz bizneslərinin süni intellekt istifadəsi nəzərə alınmaqla necə yenidən qurula biləcəyini müəyyən etməyə çalışırlar. Hələlik elə bir əsas yoxdur ki, ABŞ universitetlərinin məzunlarının ümumi iqtisadi amillərdən deyil, məhz süni intellektin yayılması səbəbindən, təcrübə çatışmazlığı fonunda iş tapmaqda daha çox çətinlik çəkdiklərini söyləmək mümkün olsun. Eyni zamanda ABŞ-da universitet məzunları arasında işsizlik səviyyəsi 20-24 yaş qrupunda apreldəki 4.4%-dən avqustda 9.3%-ə yüksəlib.

Lakin vəziyyət 25-29 yaş qrupunda müşahidə olunan mənzərədən ciddi şəkildə fərqlənmir. Yəni, iş tapmaq çətinliyi bir çox gəncin üzləşdiyi problemdir və bunu birbaşa süni intellektin təsiri ilə əlaqələndirmək çətindir. Bununla belə, Britaniya tədqiqatçılarının dünyanın 8 ölkəsində 850 biznes rəhbəri arasında keçirdiyi sorğunun nəticələrinə görə, süni intellekt artıq bəzi ilkin vakant yerlərin ixtisarına imkan yaradıb - respondentlərin 39%-i bunu təsdiqləyib. Daha 43%-i isə yaxın 1 il ərzində bunu edəcəklərini bildirib. Süni intellekt sistemlərinin tərtibatçılarının nümayəndələri səxavətlə proqnozlar verirlər və bildirirlər ki, bu texnologiya getdikcə əmək bazarına daha güclü təsir göstərəcək. Məsələn, Anthropic şirkətinin rəhbəri Dario Amodei may ayında xəbərdarlıq edib ki, süni intellektin yayılması hüquq, maliyyə və konsaltinq sahələrində kütləvi ixtisarlara gətirib çıxara bilər.
 
Onun sözlərinə görə, ilkin səviyyəli vəzifələrin yarısına qədər ixtisar ediləcək. ABŞ-da işsizlik 5 il ərzində hazırkı 4.3%-dən 10 və ya 20%-ə qədər arta bilər. OpenAI rəhbəri Sam Altman isə hesab edir ki, süni intellektin tətbiqi texniki dəstək xidmətlərinin mütəxəssisləri kimi bütöv peşələrin ləğv olunmasına səbəb olacaq. Ekspertlər izah edirlər ki, bu halda süni intellekt tərtibatçıları öz biznesləri üçün faydalı təbliğat aparırlar və əslində gündəlik fəaliyyətlərində süni intellekt texnologiyalarına layiqli tətbiq sahəsi tapan əməkdaşların sayı çox azdır. Goldman Sachs analitikləri gözləyirlər ki, süni intellektin tətbiqi ABŞ əmək bazarında vakant yerlərin 7%-ə qədərinin əvəz olunmasına səbəb olacaq, lakin bu proses uzun zamana yayılacaq. Yel Universitetinin nümayəndələrinin vurğuladıqları kimi, “qatarın qabağında qaçmağa dəyməz”.
 
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi