AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

02.10.2025 / Mühüm xəbərlər

Oktyabrın 1-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə millət vəkilləri, hökumət rəsmiləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri, xarici qonaqlar, ali və orta təhsil müəssisələrinin təmsilçiləri, nəşriyyatların direktorları, ictimaiyyət nümayəndələri  və KİV mənsubları iştirak ediblər.

Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxış edərək kitab sərgisi ənənəvi layihəsinin kitabsevərlər üçün böyük bayram olduğunu bildirib. O, XI Bakı Beynəlxalq Kitab Sərgisinin Azərbaycanın mədəni potensialının inkişafı, elmi əlaqələrin möhkəmlənməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyətini qeyd edib. Polad Bülbüloğlu bu cür sərgilərin təşkilinin Azərbaycanda kitab nəşri işinin inkişafına güclü təkan verəcəyini vurğulayıb.

Sonra çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq kitab sərgisini Azərbaycan üçün böyük elmi-mədəni hadisə kimi dəyərləndirib. O, belə sərgilərin ölkədə çap, dialoq və oxu mədəniyyətinin inkişafına, mütaliə vərdişlərinin güclənməsinə, elmi və ədəbi fikir mübadiləsinin aparılmasına xidmət etdiyini söyləyib.

Akademik İsa Həbibbəyli bildirib ki, yüksək təşkilatçılıqla baş tutan XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində elm adamlarının kitablarının təqdimatının keçirilməsi, yeni kitabların ictimaiyyətə təqdim olunması, elmi  konfransların təşkili bu mədəniyyət hadisəsinə elmi məzmun gətirməklə yanaşı, onun miqyasını və intellektual səviyyəsini daha da artıracaq.

AMEA rəhbəri vurğulayıb ki, builki sərgidə Nizami Gəncəvi, Üzeyir Hacıbəyli və Bəxtiyar Vahabzadə kimi görkəmli şəxsiyyətlərimizin adı ilə bağlı ayrı-ayrı təqdimat zonalarının yaradılması sərgidə iştirak edən çoxsaylı ölkə nümayəndələri vasitəsilə Azərbaycanın dahi yazıçı və sənətkarlarının dünya miqyasında tanıdılmasına töhfə verəcək. Eyni zamanda, XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AMEA-nın görkəmli alimlərinə və təmsilçilərinə həsr olunmuş çoxsaylı kitablar, Akademiyanın 80 illik yubileyi ilə bağlı bir sıra yeni nəşrlər nümayiş etdiriləcək.

Daha sonra Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva qeyd edib ki, bu kimi beynəlxalq sərgilər yalnız mədəniyyətin deyil, həm də maarifləndirmənin, xüsusən hüquqi biliklərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, insan hüquqları üzrə maarifləndirməyə xidmət edən belə tədbirlər cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən mənimsəməsinə, dövlət qurumlarının fəaliyyətində isə şəffaflığın və məsuliyyətin artmasına zəmin yaradır.

Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq çıxış edərək sərginin yazıçılarla oxucular arasında körpü rolunu oynadığını, həmçinin yeni nəslin ədəbiyyata marağının artırılmasına və milli ədəbi irsin təbliğinə töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi  bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub. Sərgidə 23 ölkədən 68 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edir.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Xatırladaq ki, XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyası öz stendi və nəşrləri ilə təmsil olunur.

Sərgidə AMEA-nın nəşrləri iki istiqamətdə - “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” və “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzularında təqdim olunacaq.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi