AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Astronomlar qaz və tozu sürətlə udan “acgöz” planet kəşf ediblər

03.10.2025 / Maraqlı məlumatlar

Astronomlar qaz və tozu misli görünməmiş sürətlə, hər saniyədə təxminən altı milyard ton udan “acgöz” planet kəşf ediblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “The Astrophysical Journal Letters” jurnalında dərc edilən kəşf barədə məqalə ulduzların ətrafında fırlanmayan sərbəst üzən planetlərin necə əmələ gəldiyinə və təkamül etdiyinə yeni işıq salır.

Rəsmi adı “Cha 1107-7626” olan planetin kütləsi Yupiterdən 5-10 dəfə böyükdür və təxminən 620 işıq ili uzaqlıqda Buqələmun bürcündə yerləşir.

Çilidəki Avropa Cənub Rəsədxanasının nəhəng teleskopu (VLT) ilə aparılan müşahidələr gənc planetin qaz və toz udma sürətinin cəmi bir neçə ay ərzində səkkiz dəfə artdığını ortaya qoyub.

İtaliyanın Milli Astrofizika İnstitutunun aparıcı müəllifi Viktor Almendros-Abad açıqlamasında bildirib: “İnsanlar planetləri sakit və sabit dünyalar kimi düşünə bilər, lakin bu kəşf sayəsində görürük ki, kosmosda sərbəst üzən planetar həm də kütləli obyektlər, həyəcanverici yerlər ola bilər”.

Bu qəbildən olan planetləri aşkar etmək çox çətindir, lakin alimlər deyirlər ki, bu kəşf ulduzlar və planetlər arasındakı xətti bulandırır, çünki ulduzlara düşən maddənin oxşar partlayışları əvvəllər də sənədləşdirilib. Tədqiqatçılar, həmçinin qeyd edirlər ki, planetin maqnit aktivliyi çox güman ki, əvvəllər yalnız ulduzlarda müşahidə edilən bir proses olan kütləvi düşməyə səbəb ola bilər.

NASA-nın “James Webb” kosmik teleskopu və daha əvvəlki VLT müşahidələri zamanı əldə edilən məlumatlardan istifadə edən astronomlar qrupu planeti əhatə edən diskin kimyasında dəyişikliklər aşkar edib. Su buxarı böyümə zamanı meydana çıxır, lakin əvvəlcədən onu qeydə almaq mümkün olmayıb. Planetdə ilk dəfə belə bir fenomen müşahidə edilib.

Avropa Cənub Rəsədxanasının astronomu Amelia Bayo yeni kəşfi şərh edib: “Planetin davranışı heyranedicidir və bizi uzaqda yerləşən dünyaların yaranma mərhələsini öyrənməyə həvəsləndirir”.

Astronomlar deyirlər ki, bu qəbildən olan kəşflər “acgöz” planetlərin ulduzlar kimi yaranması versiyasını araşdırmağa və ya onların öz doğuş sistemlərindən atılan nəhəng planetlər olub-olmadığını müəyyən etməyə kömək edə bilər.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi