AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Cəbrayıl – Azadlığın başlandığı şəhər

06.10.2025 / Xəbərlər

Düz beşinci ildir ki, bu gün Cəbrayıl Şəhəri Günü olaraq tariximizin əlamətdar günlərindən biridir... 

27 sentyabrdan başlayan tarix: bəzən düz evin içindəymiş kimi gələn, bəzən isə çox uzaqdan eşidilib yox olan top səsləri ilə istiqamətləri ayırd etməyə çalışırıq. 

Hər kəs evində TV-də gedən xəbərləri anbaan izləyir. Əslində, bütün kanallarda eyni xəbərlər gedir, eyni hadisələrdən danışılır. Amma yenə də hər kəs bir-birinə zəng edib, maraqlanır, bəlkə diqqətdən qaçırdığım nəsə olar deyirdi. 

"...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi...”.

Bu fikirlər 4 oktyabr 2020-ci ildə Prezident İlham Əliyevin Cəbrayılın azad olunması münasibətilə xalqa ünvanladığı müraciətində yer alıb.  

Qələbəyə inam artdı. İlk azad edilən şəhər: inamın, zəfərin qığılcımları Cəbrayıldan, onun azadlığından başladı. 

Səngərdə duran hər bir əsgər qəlbində Vətən adlı sevgi, Qələbə adlı inam hissini daşıyır. Bu dəfə hər birimizin qəlbi bu  hisslərlə döyünürdü. Hər birimiz cəbrayıllı, füzulili, qubadlılı, zəngilanlı, şuşalı idik, bərabər yaşayır, bərabər nəfəs alırdıq. 

Cəbrayıl 1993-cü ildə erməni vandalizminin şahidi olmuşdu. 27 il çəkən işğal dövründə şəhər və kəndləri yerlə yeksan edilmişdi. 1993-cü ilə qədər rayonda 38 tam ,18 ümumi orta ,1 internat ,1 qiyabi orta , 15 ibtidai  məktəb, eləcə də 35 məktəbəqədər, 8 məktəbdənkənar müəssisə olub.

Cəbrayıl sanki zəfərin hər zaman başlanğıcında dayanıb, daha çox çırpınıb, qələbəni təmin edib. 

Şəhər işğal ediləndən sonra – hələ 1994-cü ildə həyata keçirilən "Horadiz" əməliyyatı nəticəsində Füzuli rayonunun bir neçə kəndi və Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyinin ermənilərin nəzarətində olması sakinlərin buraya qayıtmasını çətinləşdirdi. 

2016-cı ilin aprel döyüşlərində yüksəkliyin azad olunması ilə buraya yenidən həyat qayıtdı. 4 oktyabrda isə azadlığın şərbətini daddı. 

Azadlığı ilə bərabər, sakinləri də geri dönmüşdü. Zamanla şəhərin özü və kəndlərində bərpa-quruculuq işlərinə başlanıldı. 

26 sentyabr 2024-cü ildə şəhərə ilk köç karvanı - 117 nəfərdən ibarət 36 ailə yola salındı. Proses mərhələli şəkildə davam etdirilir. Qayıdış bütün sahələrdə özünü göstərdi, həmçinin təhsil sahəsində. 

Hazırda azad edilən Cəbrayılda 1 məktəb - Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. 960 şagird yerlik məktəbdə hazırda 312 uşaq təhsil alır, 24 müəllim çalışır. 

Ümumilikdə isə 2024-2025-ci tədris ilində rayon üzrə 41 ümumtəhsil məktəbi, 13 uşaq bağçası və 1 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Ümumtəhsil məktəbləri üzrə 8887 şagird təhsilə cəlb edilib. Onların təlim-tərbiyəsi ilə 1087 müəllim məşğul olub . 

Ötən tədris ilində XI siniflər üzrə 652 nəfər attestat alıb. Onlardan iki nəfər qızıl medala, 62 nəfər fərqlənmə attestatına layiq görülüb. 

IX siniflər üzrə isə 50-si fərqlənmə attestatı olmaqla, 877 nəfər attestat alıb. Məzunlardan 359 nəfəri ali məktəbə qəbul olub. 32 nəfər 600 baldan yuxarı nəticə göstərib.

Şagirdlər Respublika fənn olimpiadalarında iki qızıl, iki gümüş, beş bürünc medal olmaqla, cəmi doqquz medal, Respublika Fənn Müsabiqəsində isə bir qızıl, bir bürünc medal, Qərbi Azərbaycana Qayıdış Olimpiadasında bir qızıl və bir bürünc medal qazanıblar. 

Azad olunmuş bölgələrimiz kimi Cəbrayıl da bütün sahələrdə dirçəliş yaşayır, inkişafa qucaq açır. 

Sənə inkişaf, qalibiyyət yaraşır, Cəbrayıl!

Azadlığının 5-ci ili, günün mübarək!

muallim.edu.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi