AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Amazon-un təsisçisi Jeff Bezos: "Süni intellekt "sənaye köpüyü"dür, lakin o, cəmiyyət üçün faydalı olacaq

06.10.2025 / Maraqlı məlumatlar

Süni intellekt hazırda “sənaye köpüyü”nü xatırladır, lakin bu texnologiya realdır və cəmiyyətə əhəmiyyətli fayda gətirəcək. Bu bəyanatı Amazon-un qurucusu Jeff Bezos İtaliyanın Turin şəhərindəki konfransda verib. “Köpük” sözü adətən şirkətlərin və onların səhmlərinin dəyərinin biznesin fundamental əsaslarından qoparaq şişirdildiyi dövrü xarakterizə etmək üçün işlədilir. Ən məşhur partlamış köpüklərdən biri 2000-ci ildə dotkom böhranı olmuşdu, o vaxt internetlə bağlı şirkətlərin dəyəri kəskin şəkildə çökmüşdü. Italian Tech Week tədbirində Exor holdinqinin baş direktoru John Elkann Bezos-dan soruşub ki, İT sənayesində “köpük” əlamətləri varmı.

“Bu müəyyən mənada sənaye köpüyüdür” - deyə Amazon-un qurucusu etiraf edib. Bezos “köpüklərin” bəzi xarakterik xüsusiyyətlərini sadalayaraq qeyd edib ki, bu mərhələdə səhmlərin qiymətləri biznesin fundamental əsaslarından qopur. Cəmiyyətdə isə həmin “köpüyü” formalaşdıran texnologiyalara böyük həvəs yaranır - hər bir təcrübi məhsul və ya ideya maliyyə dəstəyi alır. “Yaxşı ideyalar və pis ideyalar. Bu həyəcan içində investorlar üçün yaxşı ideyanı pis ideyadan ayırmaq çətindir. Yəqin ki, bu gün də eyni vəziyyət yaşanır. Amma bu, baş verənlərin hamısının qeyri-real olduğu demək deyil.

Süni intellekt realdır və o, hər bir sahəni dəyişəcək” - deyə Jeff Bezos bildirib. O, cəmi 6 nəfərlik heyətə malik, amma milyardlarla investisiya toplayan bir şirkəti misal çəkib. Onun fikrincə, bəzi köpüklər faydalı da ola bilər. O, biotexnologiya və əczaçılıq şirkətlərindəki boom-u müsbət nümunə kimi göstərib. Çoxu müflis olub, amma həyati əhəmiyyətli dərmanlar da meydana çıxıb. “Sənaye köpükləri o qədər də pis deyil və toz yatandan sonra, kimlərin qalib gəldiyi bəlli olanda, bu ixtiralar cəmiyyət üçün faydalı olacaq. Burada da eyni şey baş verəcək. Bu realdır: süni intellektin cəmiyyət üçün faydaları nəhəng olacaq” - deyə Bezos vurğulayıb.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi