AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Təhlükəsiz hökumət buludu” tədbiri keçirilib

03.03.2020 / Xəbərlər

03 mart 2020-ci il tarixində II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin  təşkilatçılığı ilə “Təhlükəsiz hökumət buludu” mövzusunda tədbir keçirilib.
 Məqsəd “Hökumət buludu” layihəsinin əhəmiyyəti və həyata keçirilən təhlükəsizlik tədbirlərinin ictimaiyyətə çatdırılmasıdır.
 Tədbiri giriş nitqi ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Hökumət buludu konsepsiyası və beynəlxalq təcrübə” mövzusunda məruzə ilə çıxış edib. Nazir müavini bildirib ki, hökumət buludu beynəlxalq təcrübədə qabaqcıl texnologiyalar arasında elektron hökumətin keyfiyyətcə yeni inkişaf mərhələsidir. “Hökumət buludu dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəz infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və optimallaşdırılmış xərclərlə fəaliyyətinə zəmin yaradan, bulud xidmətlərindən istifadəni təmin edən və istənilən məkandan məlumatların əldə edilməsinə imkan verən bulud hesablama texnologiyasıdır. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr  2016-cı il  tarixli Fərmanı ilə Azərbaycanda telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji Yol Xəritəsinin Tədbirlər Planında ölkədə hökumət buludunun yaradılması və fəaliyyətinin təmini qarşıya qoyulan mühüm vəzifələrdəndir”.

 Elmir Vəlizadə bildirib ki, bu vəzifənin icrasını təmin etmək məqsədilə yaradılacaq hökumət buludunun mahiyyətini açıqlayan, onun yaradılması əsaslarını müəyyənləşdirən hökumət buludu konsepsiyası hazırlanaraq təsdiq olunub. “Hazırlanmış konsepsiya ölkədə dayanıqlı, təhlükəsiz və səmərəli e-hökumət infrastrukturunun inkişafına, dövlət qurumlarının informasiya ehtiyatlarına operativ, fasiləsiz çıxışın təmin edilməsinə, e-xidmətlərin yaradılması və göstərilməsinə tələb olunan xərclərin optimallaşdırılması, e-xidmətlərin genişləndirilməsi və məlumatların əldə edilməsinə artan tələbatın təmin olunmasına xidmət edir”.

 “AzInTelecom” MMC-nin Kommersiya Departamentinin rəhbəri Ruslan Əliyev “Bulud texnologiyaları və hökumət buludu ilə tanışlıq” mövzusunda təqdimatla çıxış edərək şirkətin beynəlxalq səs trafiki, sertifikatlaşdırma və “Azcloud” xidmətləri sahəsindəki fəaliyyəti haqqında danışıb. R.Əliyev Bulud xidmətlərinin növləri, rezervlənmə xidməti, “Trend MicroDeep Security”, müştəri xidmətləri, “Azcloud” hökumət həlləri, İT xərcləri üzrə tendensiya, ənənəvi İT infrastrukturundan buluda keçid haqda ətraflı məlumat verib.
 “Hökumət buludu” layihəsinin rəhbəri Ənvər Abbasov “Azcloud hökumət həlləri: cari status, miqrasiya planı və təhlükəsizlik” mövzusunda çıxış edərək, layihə çərçivəsində aparılan işlər, hökumət buludunun arxitekturası haqqında məlumat verib.   Dövlət qurumlarında buluda keçidlə bağlı atılacaq addımlardan söz açan Ə.Abbasov 2021-ci ildə ölkədə ilk “G-Cloud” binasının inşa ediləcəyini, həmçinin arxiv mərkəzinin yaradılacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

 Xüsusi Dövlət Mühafizə Xidməti, Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov dövlət informasiya resurslarında təhlükəsizlik tədbirlərindən danışıb. T.Məmmədov 2017-ci ildən başlayaraq virtual oğurluq və saxtalaşdırma hallarının artdığını qeyd edərək, kiberhücumlar, istifadə olunan metodlar, hakerlərin marağında olan məlumatlar, statistik rəqəmləri diqqətə çatdırıb.
 Eyni zamanda, tədbirdə “Azcloud” bulud provayderinin təqdim etdiyi məlumatların rezervlənməsi, təhlükəsiz bulud xidmətləri, saxlanılan məlumatların itkisinin qarşısının alınması kimi məsələlər barədə təqdimatlar nümayiş olunub.

Həmçinin bu tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin əməkdaşı mühəndis-proqramçı Məmmədov Vüsal da iştirak etmişdir.
 Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” sahə üzrə əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması və maarifləndirmə səviyyəsinin yüksəldilməsi məqsədilə Nəqliyyat, Rabitə  və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ikinci ildir keçirilir.

mənbə: mincom.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi