AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yaşlanma ilə yaddaş itkisi arasındakı mexanizm müəyyən olunub

07.10.2025 / Maraqlı məlumatlar

Stanford Universitetinin Tibb Məktəbinin alimləri yaşlanma zamanı insan beynində məkan yaddaşının, yəni əşyaların və yerlərin harada olduğunu xatırlama qabiliyyətinin niyə zəiflədiyini araşdırıblar. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Məkan yaddaşı gündəlik həyatın ayrılmaz hissəsidir: açarları harada qoyduğumuzu, dünən harada səhər yeməyi yediyimizi və ya dostumuzla ilk dəfə harada tanış olduğumuzu xatırlamaq bu funksiyanın hesabınadır. Məhz bu qabiliyyət, yaş artdıqca ilk itən koqnitiv funksiyalardan biri sayılır və onun azalması çox vaxt demensiyanın erkən əlaməti kimi qiymətləndirilir.

Yeni araşdırma göstərib ki, yaşlı fərdlərdə beynin medial entorinal korteks (medial entorhinal cortex) adlanan hissəsində fəaliyyət sabitliyini itirir. Bu bölgə beynin “daxili GPS sistemi” kimi tanınır və məkanın tanınması, istiqamətin müəyyənləşdirilməsi kimi proseslərə cavabdehdir.

Eksperimentlər zamanı gənc (təxminən 3 aylıq), orta yaşlı (13 aylıq) və yaşlı (22 aylıq) siçanlar virtual mühitdə sınaqdan keçirilib. Alimlər onların beynindəki neyronların aktivliyini qeydə alaraq, siçanların “gizli mükafatı” tapmaq üçün virtual məkanlarda necə hərəkət etdiklərini müşahidə ediblər.

Gənc və orta yaşlı siçanlarda “şəbəkə hüceyrələri” adlanan neyronlar sabit və dəqiq “məkan xəritələri” yaradırdı. Lakin yaşlı siçanlarda bu hüceyrələrin fəaliyyəti qarışıqlıq göstərib — nəticədə onlar hansı istiqamətdə hərəkət etdiklərini müəyyən edə bilməyiblər. Bu, məkan yaddaşının pozulmasının əsas səbəblərindən biri kimi qiymətləndirilir.

Maraqlıdır ki, yaşlı siçanlardan biri digər həmyaşlarından fərqli olaraq, gənc heyvanlara bənzər yaddaş və oriyentasiya qabiliyyəti göstərib. Alimlər bunu “fərdi yaşlanma dəyişkənliyi” adlandırır və bu halın niyə bəzilərində koqnitiv funksiyaların daha uzun müddət qorunub saxlanmasını izah edə biləcəyini düşünürlər.

Tədqiqat zamanı siçanların gen ifadəsi də analiz edilib və 61 genin məkan yaddaşına təsir etdiyi müəyyən olunub. Onlardan biri - Haplin4 geni  neyronların ətraf strukturunun qorunmasında rol oynayır və məkan yaddaşının sabitliyini təmin edə bilər.

Alimlərin fikrincə, bu kəşf yaşla əlaqəli yaddaş zəifləməsinin səbəblərini daha dərindən anlamağa, həmçinin gələcəkdə demensiya və Altsheymer xəstəliyinə qarşı profilaktik üsulların hazırlanmasına mühüm töhfə verə bilər.

xalqqazeti.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi