AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elon Musk-ın Wikipedia analoqu Grokipedia yaxın həftələrdə istifadəyə veriləcək

07.10.2025 / Maraqlı məlumatlar
Elon Musk ona məxsus süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti ilə bağlı yeni layihənin yaxın zamanda istifadəyə veriləcəyini elan edib. Söhbət Grokipedia adlı xidmətdən gedir - bu platforma internet ensiklopediyası Wikipedia-ya rəqib kimi nəzərdə tutulur. Əsas fərq ondan ibarətdir ki, xAI platforması özündə Grok adlı böyük dil modelini birləşdirir. “Grokipedia-nın 0.1 versiyalı ilkin beta variantı 2 həftə ərzində yayımlanacaq” - deyə Elon Musk bildirib. Xatırladaq ki, Grokipedia süni intellekt əsaslı internet ensiklopediyası kimi təqdim olunur və Wikipedia ilə müqayisədə “əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş” layihə kimi təsvir edilir.
 
Bir izləyicinin sualına cavab olaraq Musk yazıb ki, “Grokipedia həm insanlar, həm də süni intellekt üçün istifadəyə heç bir məhdudiyyət qoymadan dünyanın ən böyük və ən dəqiq bilik mənbəyi olacaq”. Mövcud məlumatlara əsasən, Grokipedia platformasında Grok adlı böyük dil modeli istifadə olunacaq. Bu model müxtəlif mənbələrdən, o cümlədən Wikipedia-dan toplanan böyük həcmli məlumatların emalı üçün tətbiq ediləcək. Hər hansı materialı öyrəndikdən sonra süni intellekt həmin məlumatın tam və ya qismən doğru, yaxud yalan olduğunu müəyyən etməyə çalışacaq. Alınan nəticəyə əsasən Grok mətnin tərkibini yenidən yazacaq - yalan məlumatları siləcək və ilkin mətn natamam olduğu halda onu əlavə məlumatlarla tamamlayacaq.
Gözlənilir ki, Grokipedia “həqiqi bilik mənbəyi”nə çevriləcək, çünki platformanın əsas məqsədi yalnız etibarlı və təsdiqlənmiş məlumatların dərcinə fokuslanmaqdır. Güman edilir ki, Grokipedia sosial şəbəkə X-dəki Community Notes funksiyasına bənzəyəcək. Bu funksiya, o cümlədən böyük təşkilatların paylaşdıqları yanlış və ya çaşdırıcı məlumatları təkzib etmək üçün istifadə olunur. Maraqlıdır ki, platforma həm adi istifadəçilər, həm də neyron şəbəkələr üçün açıq olacaq. Bu xüsusiyyət sayəsində Grokipedia zamanla süni intellekt ekosistemində universal axtarış alətinə çevrilə bilər. Grokipedia-nın əslində nədən ibarət olacağını isə artıq bir neçə həftə ərzində qiymətləndirmək mümkün olacaq.
technote.az
Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi