AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Əli Abbasov AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru təyin olunub

06.03.2020 / Xəbərlər

AMEA Rəyasət Heyətinin qərarı ilə akademik Əli Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. Bu gün AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) keçirilən tədbirdə akademik Əli Abbasov kollektivə təqdim olunub.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov akademik Əli Abbasovu kollektivə təqdim edərək alimin elmi, elmi-təşkilati, ictimai-siyasi və pedaqoji fəaliyyətindən danışıb. O, akademik Əli Abbasovun öz zəngin elmi və idarəçilik təcrübəsi ilə Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Əminağa Sadıqov son zamanlar elmi-innovativ fəaliyyətin dünyanın əksər ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını deyərək, AMEA-da da bu məsələlərə xüsusi diqqət ayrıldığını qeyd edib. Bildirib ki, YT Parkın fəaliyyəti Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil edir və AMEA Rəyasət Heyəti bu qurumun rəhbərliyinin və kollektivinin elmi-innovativ fəaliyyətlə bağlı bütün təşəbbüslərini dəstəkləməyə hazırdır.

Daha sonra AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib. O, qurumun fəaliyyətində yeni bir mərhələnin başlandığını xüsusi qeyd edərək akademik Ə.Abbasovun görülən işləri yüksək səviyyədə davam etdirəcəyinə əminliyini ifadə edib. Akademik İbrahim Quliyev bildirib ki, Azərbaycanda innovativ inkişaf modeli dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu baxımdan elmi fəaliyyət sahəsində çoxsahəli islahatların aparıldığı hazırkı şəraitdə YT Park-ın qarşısında bir sıra mühüm vəzifələr dayanmaqdadır. O, bu vəzifələrin icrasında akademik Əli Abbasova uğurlar arzulayıb.

Tədbirdə çıxış edən akademik Əli Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi