AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Haydut planet” kəşf edildi: Tapdığını udur, sürətlə böyüyür

08.10.2025 / Maraqlı məlumatlar

Alimlər kosmosda ulduzsuz, sərbəst şəkildə hərəkət edən nəhəng bir “haydut planet” aşkar ediblər. “Cha 1107-7626” adlandırılan bu planet Yer kürəsindən təxminən 620 işıq ili uzaqlıqda yerləşir və Yupiterdən 5–10 dəfə böyükdür. O, ətrafında qaz və toz diskinin mövcudluğu, həmçinin onlardan nəhəng miqdarda maddə udması ilə diqqət çəkir.

News24.az xəbər verir ki, planet maddələri “akresiya” (yəni bir göy cisminin ətrafındakı maddələri özünə çəkərək böyüməsidir) adlanan proseslə səthinə çəkir və hər saniyə 6 milyard ton qaz udur. Tədqiqatçılara görə, planet öz enerjisini yaratmasa da, gənc bir ulduz kimi davranır. Ölçmələr göstərib ki, 2025-ci ilin avqustunda planet əvvəlki dövrlərlə müqayisədə səkkiz dəfə çox qaz udmağa başlayıb. Bu, onun sürətlə böyüdüyünü və gələcəkdə qəhvəyi cırtdan adlanan aralıq bir göy cisminə çevrilə biləcəyini göstərir.

Araşdırmalar zamanı planetin ətrafında su buxarı izləri və güclü maqnit sahəsi də müəyyən edilib. Bu xüsusiyyətlər adətən gənc ulduzlara xasdır və “Cha 1107-7626”nın qeyri-adi davranışını daha da maraqlı edir.

Avropa Cənub Rəsədxanasının (ESO) alimi Dr. Amelia Bayo qeyd edib ki, bir planetin ulduz kimi davranması heyrətamizdir:

"Bu kəşf planetlərin yaranması barədə bildiklərimizi yenidən nəzərdən keçirməyə vadar edir". 

Alimlərin fikrincə, belə “haydut planetlər” ya ulduz sistemlərindən qovulub, ya da təkbaşına qaz və toz buludlarından formalaşıb. Bu tapıntı kainatda təkcə ulduzların deyil, sərbəst planetlərin də maddə və enerji dövranında fəal rol oynadığını sübut edən mühüm elmi nailiyyət hesab olunur.

news24.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi