AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

12.03.2020 / Xəbərlər

AMEA-nın Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.

Ölkə Prezidenti İlham Əliyevin siyasi-ideoloji çağırışlarının işığında yeni yaradılmış mərkəzin əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müşavirənin məqsədindən söz açıb. Bildirib ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqlarının və dövlətçilik mənafeyinin əks olunduğunu və mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirən akademik Ramiz Mehdiyev milli maraqlara cavab verən azərbaycançılıq məfkurəsinin dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, eləcə də gənc nəslin bu məfkurə əsasında tərbiyə olunmasına xidmət göstərdiyini xüsusi vurğulayıb.

İdeya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyət və mahiyyəti etibarilə bir-birindən fərqləndiyini deyən akademik Ramiz Mehdiyev azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmaların olduğunu bildirib. Akademiya rəhbəri bu məfkurənin elmi cəhətdən araşdırılması üçün  akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib. Elmi-İdeoloji Mərkəzin qarşısında xalqımızın çoxəsrlik milli dövlətçilik ənənələrinin, azərbaycançılıq ideyasının idealdan ideologiyaya qədərki formalaşma, inkişaf proseslərini tədqiq və təbliğ etmək kimi vacib məsələlərin dayandığını bildirib. Akademik müstəqil dövlət ideologiyasının araşdırılmasında akademiyanın Humanitar və İctimai elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Ölkə elmində, xüsusən də Milli Elmlər Akademiyasında azərbaycançılıqla əlaqədar aparılmış tədqiqatların sistemli xarakter daşımadığı və konseptual tədqiqatlara ciddi ehtiyac duyulduğu nəzərə çarpdırılıb.

Sonra çıxış edən Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru  Nazim İmanov, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Faiq Ələkbərli və digərləri yeni qurumun elmi-tarixi əhəmiyyətindən ətraflı bəhs edərək Azərbaycançılıq konsepsiyasının tarixi köklərinin, elmi-ideoloji əsaslarının öyrənilməsi və təbliği, Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrinin tədqiqi və ümumiləşdirilməsi, azərbaycançılıq anlayışının elmi-nəzəri şərhi və vəzifələrin müəyyən olunması istiqamətində mülahizələrini və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda AMEA Rəyasət Heyətinin nəzdində yaradılmış Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi tərəfindən “Azərbaycançılıq idealı: ideyadan ideologiyaya” mövzusunda elmi konfransın təşkili,  “Azərbaycançılıq: mənşəyi, formalaşma prosesləri və milli dövlətçilik ideologiyasına çevrilməsi” mövzusunda monoqrafiyanın hazırlanması və nəşri,  dövri mətbuatda və elmi nəşrlərdə azərbaycançılıq məsələlərinə həsr edilmiş məqalələrin hazırlanıb çap edilməsi, “Azərbaycançılıq: tarixdə və müasir dövrdə” adlı seminarların mütəmadi olaraq keçirilməsi qərara alınıb.

Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin sədri akademik Ramiz Mehdiyev, sədr müavini akademik İsa Həbibbəylidir.

mənbə: science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi