AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Günəş sistemindəki üçüncü ulduzlararası obyektdən saniyədə 40 kq su ayrılır

13.10.2025 / Maraqlı məlumatlar

Alimlər müəyyən ediblər ki, Günəş sistemində aşkar edilmiş ən böyük ulduzlararası obyekt qeyri-adi xüsusiyyətlərə malikdir. Astronomların artıq bir neçə aydır müşahidə etdiyi ulduzlararası 3I/ATLAS kometası davranışı ilə elm adamlarını təəccübləndirir. Astronomlar Swift kosmik teleskopunun köməyi ilə kometadan çıxan suyun kimyəvi izini - qaz halında olan hidroksil (OH) birləşməsini aşkarlayıblar. 3I/ATLAS Günəş sistemində indiyədək aşkar edilmiş üçüncü ulduzlararası obyektdir - 1I/Oumuamua və 2I/Borisov-dan sonra. Tədqiqatçılar hesab edirlər ki, 7-10 milyard il yaşı olan bu ulduzlararası kometa indiyədək müşahidə olunmuş ən qədim kometadır. Bundan əlavə, 3I/ATLAS 3 məlum ulduzlararası obyekt arasında ən böyüyüdür - onun diametri təxminən 5 kilometr olaraq qiymətləndirilir.

Swift kosmik teleskopu, oktyabrın sonunda Günəşə ən yaxın məsafəyə yaxınlaşacaq bu kometanı müşahidə edərkən, 3I/ATLAS-dan çıxan qaz halındakı OH birləşməsinin zəif ultrabənövşəyi işıqlanmasını qeydə alıb. Astronomlar ilk dəfə 3I/ATLAS kometasında suyu uğurla aşkar etdikdən sonra, onu Günəş sistemindəki digər kometaların öyrənilməsində istifadə olunan eyni miqyasda qiymətləndirməyə başlaya biləcəklər. Bu, alimlərə 3I/ATLAS-ı tanınmış kometalarla müqayisə etməyə və beləliklə, onun kimyəvi tərkibinin xüsusiyyətlərini daha yaxşı anlamağa imkan verəcək. Astronomların sözlərinə görə, 3I/ATLAS-dakı su aktivliyi təəccüblü dərəcədə Günəşdən uzaqda baş verib. Kosmik teleskop kometadan suyun çıxışını müşahidə edib, o zaman ulduzlararası obyekt Günəşdən təxminən 450 milyon kilometr məsafədə - yəni Yerdən 3 dəfə daha uzaqda yerləşirdi.

Bu məsafə su buzunun asanlıqla sublimasiya (bərk haldan birbaşa qaz halına keçmə) prosesinə məruz qala biləcəyi məsafədən xeyli çoxdur. Astronomlar suyun çıxış sürətini ölçüblər və bu göstərici təxminən saniyədə 40 kiloqram təşkil edir. Alimlərin sözlərinə görə, ulduzlararası kometada suyun, hətta onun zəif izlərinin belə aşkar edilməsi başqa bir planet sistemində mövcud olan şərait barədə anlayış yaradır. Bu isə o deməkdir ki, həyat üçün zəruri olan kimyəvi komponentlər təkcə bizim planet sistemimizə xas deyil. Tədqiqatçılar Günəşdən bu qədər uzaqda baş verən sublimasiya prosesini izah edən bir fərziyyə irəli sürüblər.

Onların fikrincə, Günəş işığı kometanın nüvəsindən ayrılan mikroskopik buz hissəciklərini qızdıraraq onların buxarlanmasına və ultrabənövşəyi şüalanma yaymasına səbəb ola bilərdi. Alimlərin sözlərinə görə, hər bir ulduzlararası obyekt müəyyən mənada sürpriz olub, lakin 3I/ATLAS onları daha da çox təəccübləndirib. 1I/Oumuamua qeyri-adi formalı obyekt idi, 2I/Borisov tərkibində çoxlu miqdarda dəm qazı daşıyırdı, 3I/ATLAS isə elə bir məsafədə su buraxır ki, alimlər bunu gözləmirdilər. Noyabrın ortalarına qədər ulduzlararası 3I/ATLAS kometasını müşahidə etmək mümkün olmayacaq, lakin bundan sonra alimlər onun tədqiqinə yenidən davam edəcəklər. Güman edilir ki, artıq 2026-cı ilin yazının əvvəlində bu kometa Günəş sisteminin sərhədlərini tərk edəcək və bir daha geri qayıtmayacaq.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi